Rövnəq Abdullayev işçilərinə “NAZ-Lifan” maşınları sifariş verdi

0
3

Rövnəq Abdullayev işçilərinə “NAZ-Lifan” maşınları sifariş verdi

Naxçıvan Avtomobil Zavodunun (NAZ) nümayəndə heyəti fevral ayının 15-16-da Çinə səfərə edəcək.
Bu haqda Modern.az saytına zavodun direktoru Musa Abdullayev məlumat verib.
O qeyd edib ki, Azərbaycanı təmsil edəcək 10 nəfərlik nümayəndə heyətinin tərkibinə zavod rəsmiləri, ayrı-ayrı mütəxəssislər daxil edilib: “Səfərdə məqsəd qiymət siyasətinə yenidən baxılması, servis mərkəzlərinin yaradılması, ehtiyat hissələrinin keyfiyyət məsələsi, eyni zamanda, lazımi hissələrlə vaxtlı-vaxtında təminatdır. Bu baxımdan geniş, əhatəli görüş gözlənilir”.
M.Abdullayev deyib ki, dövlət qurumları, ayrı-ayrı şirkətlər tərəfindən “NAZ-Lifan” avtomobillərinin alınması üçün sifarişlər daxil olmaqdadır:
“Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və “Azpetrol”dan sonra, Dövlət Neft Şirkəti, “Cahan Holding” tərəfindən də avtomobillərimiz alınıb. Sifarişlər çoxdur, yaxın vaxtlarda icrasına başlayacağıq”.

LEAVE A REPLY