Dərinizi cavan saxlamaq istəyirsinizsə, bu qidalardan imtina edin!

0
3

Dərinizi cavan saxlamaq istəyirsinizsə, bu qidalardan imtina edin!

Elmi araşdırmalar sübut edib ki, şəkər dərinin qocalmasını sürətləndirir.
Çoxlu miqdarda şirniyyat qəbul edən insanların dərisi daha tez qocalır, qırışlarla örtülür, tonusunu itirir, sallanmağa başlayır, cansız olur.
Bütün bunların elmi izahı var. Məsələ burasındadır ki, şəkərin dəri zülalları ilə birləşməsi nəticəsində ziyanlı molekullar əmələ gəlir. Bu molekullar kollagen və elastin liflərinin dağılmasını sürətləndirir, onların keyfiyyətini pozur – liflər quru və kövrək olur. Kollagen və elastin dərimizi cavan və dartılmış edən maddələrdir. Bu maddələr dərinin təbii karkasını əmələ gətirir ki, dərimiz də bu karkasa sanki dartılmış olur. Kollagen və elastin liflərinin zədələnməsi qırışların əmələ gəlməsinə səbəb olur, dərini sallanmış edir.
Həmçinin şəkər dərinin təbii nəmləndiricisi olan qialuron turşusunun əmələ gəlməsini zəiflədir ki, nəticədə dəri quruyur.
Bu səbəbdən dərinizi cavan və sağlam saxlamaq istəyirsinizsə, daha az şirniyyat qəbul edin. Qidalanmanızda tort, peçenye, konfet, pirojna və s. bu kimi məhsulları meyvə quruları kimi faydalı şirniyyatlarla əvəz edin.

LEAVE A REPLY