Bu il tarixdə ən isti il olacaq…

0
3

Bu il tarixdə ən isti il olacaq…

Alimlər güman edirlər ki, bu il temperatur rejimi köhnə rekordu qıracaq. Böyük Britaniyalı alimlər yaxın beş ildə Yer kürəsində hava proqnozunu tərtib etməyi qərara alıblar. Tədqiqatçıların fikrincə, planetimizdə orta temperatur rejiminin artımı parnik qazlarının atmosferə hər il daha çox buraxılması ilə bağlıdır.

Tədqiqatçılar xoşagəlməz amillərə El-Ninyo cərəyanının isti sularının yerini dəyişməsini də aid edirlər. Alimlər güman edir ki, 2016-cı ildə temperatur maksimumlarında bütün köhnə rekordlar yenilənəcəkr.

Böyük Britaniya Meteorologiya Xidməti nümayəndələri bildiriblər: “Öz proqnozlarımızı qurarkən yüz faizli dəqiqliyə nail olduğumuzu iddia edə bilmərik. Bizim qənaətlər başlıca olaraq atmosferə buraxılan parnik qazlarının həcminə əsaslanır. Amma okean suları temperaturlarının göstəricilərində həmişə dəqiq olmaq mümkün olmur. Buna baxmayaraq, temperatur göstəricilərinin artmasına dair proqnozlarda şübhə üçün əsas yoxdur”.

Alimlərin fikrincə, Yer kürəsində istiləşmə prosesi davam edəcək və bu, 30 il çəkəcək.

LEAVE A REPLY