Ağız suyunun analizi xərçəngi 10 dəqiqəyə aşkar edəcək
Kaliforniya Universiteti alimləri xərçəngi tez aşkar etmək üçün yeni test hazırlayıblar.
Yeni testin aparılması üçün yalnız 10 dəqiqə vaxt və xəstənin 1 damcı ağız suyu lazımdır.
Alimlər sübut edir ki, bu asan metodun köməyi ilə xərçəngi 100% dəqiqliklə aşkar etmək mümkündür. Bu metodun istifadəsi biopsiyadan imtina etməyə imkan verəcək ki, pasiyentin orqanizminə heç bir müdaxilə tələb olunmayacaq.
The Telegraph xəbər verir ki, bu il yeni test ağ ciyər xərçəngindən əziyyət çəkən xəstələrin üzərində keçiriləcək. Lakin daha sonra bu testi istənilən xərçəng formalarının diaqnostikası üçün istifadə etmək mümkün olacaq.
Bu testin istifadəsi xərçəng xəstəliyini ilkin mərhələlərdə aşkar etmək üçün imkan yaradacaq. Nəzərinizə çatdırırıq ki, hal hazırda ilkin mərhələlərdə aşkar olunmuş xərçəng xəstəliklərinin əksər hissəsi uğurla və tam müalicə olunur.
Həmçinin gələcəkdə bu test şəkərli diabet və bir çox digər xəstəliklərin aşkar olunmasına kömək edəcək.