ABŞ Viktoriya Nulandla bağlı rəsmi Bakının ittihamlarınacavab verib

0
3

ABŞ Viktoriya Nulandla bağlı rəsmi Bakının ittihamlarınacavab verib

ABŞ Dövlət Departamenti ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nulandın Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamənin qəbul edilməməsi üçün təzyiq göstərməsi barədə səslənən iddialarla bağlı Amerikanın Səsinin sualına cavab verib.
Dövlət Departamenti bildirir:
“Birləşmiş Ştatlar Azərbaycanın Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, Dağlıq Qarabağa aid olan məsələlərin regional və beynəlxalq təşkilatlarında qaldıra biləcək suveren hüququna hörmətlə yanaşır.
Minsk Qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır. Biz ümid edirik ki, tərəflər münaqişənin danışıqlar yolu ilə həll olunmasına tam sadiq qalaraq həmsədrlərlə sıx əməkdaşlığı davam edəcəklər”.

LEAVE A REPLY