Neftin qiymətində gözlənilməz dəyişiklik – 10 faizdən çox artdı
Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.
Oxu.az xəbər verir ki, WTI markalı neftin qiyməti 10 faizdən çox artıb.
Saat 19:52-yə olan məlumata əsasən, Brent markalı Şimal dənizi neft qatışığının aprel fyuçerslərinin qiyməti 6,92 % bahalaşaraq bir barelə görə 32,16 olub.
WTI neftinin mart fyuçerslərinin qiyməti 10,09 % artaraq bir barelə görə 28,84 dollar təşkil edib.
Qeyd olunur ki, neftin qiymətinin bahalaşmasına dünyanın ən iri neft şirkətlərinin “qara qızıl”ın istehsalını dayandıracağı barədə məlumatlar təsir göstərib.