Qırışlar əleyhinə kremi özünüz hazırlayın

0
3

Qırışlar əleyhinə kremi özünüz hazırlayın

Qırışlar əleyhinə olan yaxşı kremlər əksər hallarda çox bahalı olur və hər qadın onları əldə edə bilmir.
Ev şəraitində adi təbii məhsullardan ucuz və eyni zamanda çox effektli anti-age (qocalıq əleyhinə) kremlər hazırlamaq mümkündür.
Sizə qırışlar əleyhinə krem resertini təqdim edirik.

İnqrediyentlər:
– 1/2 çiy yumurtanın sarısı (kənd yumurtası olmalıdır)
– 1 xörək qaşığı yaxşı zeytun yağı
– 1 çay qaşığı təmiz bal
– 1 çay qaşığı dəniz duzu (qəhvəüyüdəndə toz halına çatdırın)
– 1 xörək qaşığı kosmetik vazelin (apteklərdə satılır).
Hazırlanması:
Bütün inqrediyentlər yaxşı qarışdırılır və təmiz üz dərisinə gündə 2 dəfə – səhər və axşam – adi krem kimi çəkilir. 20 dəqiqədən sonra kremin artıqlarını steril salfetlə ehtiyatla silin. Kremi kiçik şüşə qabında soyuducuda saxlayın.
Krem təbii inqrediyentlərdən hazırlanıb və bu səbəbdən onu uzun müddət saxlamaq mümkün deyil. Kremi 1 həftədən çox istifadə etməyin. Artıq qalan kremi tullayın və yeni porsiyanı hazırlayın.

LEAVE A REPLY