Qara qızılda “qara” xəbər
alt=”Qara qızılda "qara" xəbər” title=”Qara qızılda "qara" xəbər”
ABŞ Enerji İnformasiya Dairəsi (EID) bu il üçün öncədən açıqladığı neft proqnozlarını aşağı salıb.
Məlumatı Bloomberg agentliyi yayıb.
Bildirildiyinə görə, EİD-nin “Qısamüddətli Enerji Təxminləri” adlı aylıq hesabatında ABŞ tipli xam neftin barrel qiymətinin bu il orta hesabla 37.59 dollar olması nəzərdə tutulur. Əvvəlki təxmin isə 38.54 dollar idi.
Qurumun bu il üçün Brent markalı neft gözləntiləri də 40.15 dollardan 37.52 dollara endirilib. EİD ayrıca ABŞ-ın illik neft hasilatı təxminini də aşağı salıb: 8.83 milyon barreldən 8.69 milyon barrelə.
Qeyd edək ki, hazırda Brent markalı neft 30.80, xam neft isə 28.45 dollara satılır.