Kərəm Həsənov: “Həmin müəssisələrin fəaliyyəti bərpa ediləcək”

0
3

Kərəm Həsənov: “Həmin müəssisələrin fəaliyyəti bərpa ediləcək”

“Kompleks tədbirlər görülərsə işləməyən müəssisələrin fəaliyyətini bərpa etmək olar”.

Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Cəlilabadda ictimaiyyət nümayəndələri ilə görüşündə bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən, xüsusi ilə iri müəssisələrin əksəriyyəti özəlləşdirilib:
“Bu, ölkəmizin bütün sahələrini – sənaye, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət sektoru, hotelçilik, bankçılıq sektorunu əhatə edir. Belə müəssisələrdən bir neçəsinin adını çəkmək olar: “Qaradağ sement”, “Bakı elektrik qaynaq”, “Bakı mayesiz transformatorlar zavodu”, “Dəvəçi broyler”, “Siyəzən broyler”, “Xanlar aqrar sənaye kombinatı” və s. bunların hamısı vaxtı ilə özəlləşdirilmiş müəssisələrdir. Təbii ki, işləməyən, özəlləşmədən sonra fəaliyyətini dayandırmış müəssisələr də var. Amma bu müəssisələr vaxtı ilə SSRİ iqtisadiyyatı üçün nəzərdə tutulan, hazırda müasir dövrlərdə bazarını itirmiş, 60-70 il bundan qabaq köhnə avadanlıqlar quraşdırılmış müəssisələrdir ki, bu gün onların istehsal etdiyi məhsullar rəqabət qabiliyyətli deyillər. Həmin məhsulların maya dəyəri həddən artıq yüksəkdir. Həmin müəssisələr rəqabət apara bilmədiklərinə görə işləyə bilmirlər”.
K.Həsənov vurğulayıb ki, işləməyən müəssisələrin fəaliyyət göstərməsi və ya fəaliyyətlərini bərpa etməsi üçün kompleks tədbirlər görülməlidir:
“Yerli istehsalın qorunması, daxili bazarın qorunması, istehsala aşağı faizlə kreditlərin verilməsi həyata keçirilən tədbirlər həmin müəssisələrin fəaliyyətini bərpa edəcək”.

LEAVE A REPLY