Jurnalist təşkilatı: “Ölkə telekanallarında tərcümə prosesi bərbad haldadır”

0
3

Jurnalist təşkilatı: “Ölkə telekanallarında tərcümə prosesi bərbad haldadır”

“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi, ölkə telekenallarında xarici filmlərin savadsız şəkildə tərcümə edilməsi və səsləndirilməsi ilə bağlı yenidən açıqlama yayıb. Qurumun rəhbəri Mətləb Salahov jurnalistlərlə söhbətində diqqətə çatdırıb ki, artıq neçə ildir ki, ölkənin bəzi telekanllarında xarici filmlərin səsləndirilməsi zamanı olduqca kobud səhvələr və arzuolunmaz efir xətaları baş verir: “ Bir çox telekanallar, demək olar ki, heç bir məsuliyyət hiss etmədən, diletant səviyyədə xarici filmləri səsləndirməkdə davam edir. Bunlar həttda öz tamaşaçılarına hörmət qoymadan belə bunu edirlər.
Bu fakt, televiziya efiri üçün əsl biyabırçılıqdır. Bu yaxınlarda Hindistan istehsalı olan “Qisas və Qanun” filmi ölkə telekanallarından birində yenə biyabırçı şəkildə efirə təqdim olundu. Filmin orijinal səsləndirməsi, onun rus dilində tərcüməsi və üstəgəl Azərbaycan dilində tərcüməsi elə şəkildə efirə verildi ki, bunu hansısa Afrika ölkələrində belə bu şəkildə efirə verməzlər. Təsəvvür edin ki, filmi izləyən tamaşaçı, onun orijinal, rus və azərbaycan dillərində səsələndirilməsini eyni vaxtda eşidir. Bu nə deməkdir?. Görəsən filmin montajını, səsləndirilməsini həyata keçirən bisavadlar haradan gətirilib?.
Telekanallarımızda yaranan bu durum, ekran qarşısında oturan izləyicilərin zövqünə mənfi təsir etməklə yanaşı, həm də ölkə televiziyalarının daha çox qeyri-peşəkarlar tərəfindən idarə olunduğunu fakt kimi ortaya çıxarır”.

LEAVE A REPLY