Zaurdan bağlandığı deyilən verilişlə bağlı – Açıqlama
Teleaparıcı Zaur Baxşəliyev “Bu stil mənim”in bağlanması barədə yayılan xəbərlərə münasibət bildirib.
“Qafqazinfo”ya açıqlama verən aparıcı bildirib ki, 2-3 həftədən sonra “Bu stil mənim” yenidən efirdə olacaq:
“Biz Türkiyədə “Bu stil mənim” yarışmasını onların çəkdiyi studiyada çəkirik. Yəni, həm rejissorlar, həm prodüserlər, həm də çəkiliş aparılan studiya eynidir. Türkiyədə dediklərinə görə, məşhurların yarışdığı “İşte benim stilim” o qədər də uğurlu alınmadı. Bu səbəbdən yarışmanın finalını tezləşdirdilər. Yeni formatda olan yarışmanın çəkilişləri dalbadal düşdüyünə görə bizim “Bu stil mənim” yarışmasını bir müddət sonra saxladıq. Biz indi onların çəkilişlərinin yekunlaşmasını gözləyirik. 2-3 həftədən sonra “Bu stil mənim” yenidən efirdə olacaq, amma proqramda bir neçə dəyişiklik olacaq”.
Qeyd edək ki, şənbə günü ATV-də veriliş yayımlanmadığı üçün “Bu stil mənim”in bağlanması barədə məlumatlar yayılmışdı.