Omeqa-3 yağlı turşusunun misli olmayan faydaları.

0
3

Omeqa-3 yağlı turşusunun misli olmayan faydaları.

Omeqa-3 yağlı turşusu insan sağlamlığı üçün ən faydalı və vacib maddələrdən biridir.
Omeqa-3 orqanizmdə sintez olunmur, lakin bu maddə orqanizmin normal fəaliyyəti üçün olduqca vacibdir.
Omeqa-3 yağlı turşusunun əsas mənbələri bunlardır:
– dəniz balığı (skumbriya, siyənək, qızılbalıq, tunes, forel, paltus, treska), dəniz məhsulları (krevet, dəniz yosunları)
– bitki yağları (xüsusilə kətan və raps yağları və həmçinin zeytun yağı)
– yumurta (“kənd” yumurtası), mal ət (bir şərtlə ki, heyvan kifayət qədər ot yeyir)
– qoz, badam, araxis, keşyu, makadamiya, balqabaq tumları, kətan toxumu
– müxtəlif göyərtilər (ispanaq, kahı, cəfəri, keşniş, şüyüd)
– balıq yağı.

Omeqa-3 yağlı turşuların orqanizmdə rolu:
– hüceyrələrin membranlarını möhkəmləndirir
– beyin hüceyrələrinin, gözün torlu qişasının sağlamlığı üçün olduqca vacibdir
– kişi sağlamlığına müsbət təsir edir – spermatozoidlərin aktivliyini artırır
– orqanizmi möhkəmləndirir, immunitetin səviyyəsini qaldırır
– ürək-damar sisteminin normal fəaliyyəti üçün çox vacibdir – ürək və damar xəstəlilərinin riskini azaldır, damarları möhkəmləndirir və onların elastikliyini artırır, qanı duruldur, təzyiqi normallaşdırır, insult və infarkt kimi ağır pozulmaların qarşısını alır
– sinir sisteminin fəaliyyətini, diqqəti və yaddaşı yaxşılaşdırır, streslə və depressiya ilə mübarizə etməyə kömək edir
– revmatizm, artroz və artrit zamanı oynaqlarda iltihabları azaldır
– bəzi dəri xəstəlikləri (məsələn, psoriaz, akne) zamanı xeyirlidir
– dərinin, saçların və dirnaqların vəziyyətini yaxşılaşdırır.
Beləliklə, Omeqa-3 yağlı turşusunun orqanizmə daim daxil olunması insanı daha sağlam və gümrah edir, bir çox ciddi xəstəliklərin riskini azaldır.

LEAVE A REPLY