“Kimsə Türkiyədən qaçqınların təkbaşına öhdəsindən gələ bilməsini gözləməsin”- Davudoğlu
Bunu Baş nazir Əhməd Davudoğlu Almaniya kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında deyib.
“Kimsə, “Türkiyə necə olsa da suriyalı qaçqınları qəbul edir” deyərək rusların hava hücumu nəticəsində gerçəkləşən etnik təmizləmə siyasətinə göz yummasına biganə qala bilməz və tolerantlılıq nümayiş etdirə bilməz. Və bizdən də qaçqınlar problemini təkbaşına həll edcəyimizi də gözləməsin”. –Əhməd Davudoğlu bəyan edib.
Baş nazir onu da əlavə edib ki, insan qaçaqçılığını terrorla eyni səviyyəli cinayət olaraq qəbul edirik: “Günahsız insanları ümidlərini və gözləntilərini istismar etmək insanlıq üçün ən böyük cinayətlərdən biridir. Bu gün Edremit sahillərində yenə də çoxlu qaçqın həyatını itirib. Və insan itkisi faciəsi ilə üz-üzə qaldıq.”