Britaniya mətbuatından sensasion iddia: Putin keçmiş cangüdənini Rusiya prezidentliyinə hazırlayır

0
1

Britaniya mətbuatından sensasion iddia: Putin keçmiş cangüdənini Rusiya prezidentliyinə hazırlayır

Moskvada ehtimal edirlər ki, Vladimir Putin öz adamını və “müharibə qəhrəmanı”nı varis kimi hazırlayır.

Müdafiə nazirinin müavini Aleksey Dyumin (43 yaş) bu günlərdə Tula vilayətinin qubernatoru oldu və bu fonda onun “igidliyi” haqda məlumatlar KİV-ə çıxdı. O, əvvəllər Putinin cangüdəni və inanılmış adyutantı olub, həmçinin prezidentin şəxsi xokkey klubunda qapıçı kimi çıxış edib.

Bir şərhçinin dediyi kimi, Dyuminin əsas vəzifəsi “həvəskar Vladimir Vladimiroviçin vurduğu şaybaları incə şəkildə, şitliyə yol vermədən, lakin müntəzəm qaydada qapıdan buraxmaq idi”.

Lakin 2014-cü ildə Kiyevi qərbyönlü inqilab bürüyərkən, devrilmiş prezident Viktor Yanukoviçin Ukraynadan çıxarılması və Rusiyaya çatdırılması üzrə məxfi əməliyyata məhz o başçılıq edirdi.

Aydınlaşdığı kimi, Dyumin elə həmin il Krımın ilhaq edilməsində Rusiya ordusnun xüsusi əməliyyatına komandirlik edirdi. Göstərdiyi igidliyinə görə, Putin onu Rusiya Qəhrəmanı adı ilə təltif etdi, general rütbəsi verdi və quru qoşunları komandanının müavini vəzifəsinə qoydu.

Dyumin sonra – iki ay öncə isə Putinin yaxın silahdaşı, müdafiə naziri Sergey Şoyqunun müavini vəzifəsini tutdu.

Dyuminin gözlənilmədən ərazisi Uelsdən böyük olan Tula vilayəti administrasiyasının başçısı vəzifəsinə təyin edilməsi isə növbəti sürətli yüksəlişdən öncə əyalət rəhbərliyində siyasi təcrübə toplamağa imkan verən Putinin istəyi kimi qiymətləndirilir.

Təcrübəli teleradio aparıcısı, “Danışır Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko hesab edir ki, Vladimir Putin Aleksey Dyumini özünə varis hazırlayır. Kremlin burnu ovulmuş icmalçısı, Putinlə qarşılıqlı anlaşma tapmamış və ona işləməkdən imtina etmiş Sergey Dorenko deyir ki, o, sözsüz ki, Dyuminə güvənir. Putin onu Rusiyanın növbəti prezidenti postuna digər iki mümkün namizəddən – 2008-2012-ci illərdə prezident vəzifəsini tutmuş baş nazir Dmitri Medvedyevdən (50 yaş) və Moskva vilayəti administrasiyasının başçısı Andrey Vorobyovdan (45 yaş) daha uca tutur.

Siyasi blogger, xatırladılan xokkey sitatının müəllifi Anton Orex bildirir: “Tamamilə aydındır ki, keçmiş cangüdənin yüksəlişi Kaliqulanın senator olmuş sevimli atının əhvalatını yada salsa da, Putin Dyuminə tam etibar edir”. Onun fikrincə, yaxın çevrəyə etibar etmək daha məntiqlidir.

Dyuminin yüksəlişinin bir yönü qeyd edilir: O, həmişə Putinin yanında olub.

Kreml indiki anda prezidentin varisi haqda açıq şəkildə praktik olaraq, heç nə demir. Lakin 63 yaşlı Putin 2018-ci il seçkilərində namizədliyini irəli sürməyə dəyib-dəyməyəcəyi və yaxud vəzifəni etibarlı şəxsə ötürmək haqda tezliklə qərar qəbul etməlidir.

Ekspertlərin fikrincə, Putin seçkilərdə iştirak edib qələbə çalacaq, sonra vaxtından əvvəl səlahiyyətlərini yerə qoyacaq.

Aleksey Dyumin etiraf edir ki, başgicəlləndirici karyerasında yeni pillə haqqında ona yalnız tək günü deyiblər.

Onun sözlərinə görə, təklif tamamilə gözlənilmədən edilib və bunu heç güman etmirmiş.

Siyasətçi deyir:

“Mən qərar qəbul edən Vladimir Vladimiroviçlə söhbətə düşdüm. Mən hərbçi adamam. Vətən “irəli” dedi və mən “oldu” cavabını verdim”.

Dyumin əlavə edir ki, bu vəzifəni almağa şaddır.

Aleksey Dyumin çoxdan Vladimir Putinin yaxın adamı idi və siyasi adyutant kimi onun şəxsi avtomobilində gəzirdi.

2010-cu ildə Putin Rusiyanın Sakit okean sahillərində növbəti ov macərasına başlayıb – boz balinanın dərisini analiz üçün götürəndə – arbaletdən yalnız dördünücü atəşdə hədəfə düşərkən, Dyumin onun kəmərindən yapışmışdı…

Uill Stüart

Daily Mail (Böyük Britaniya), 07.02.2016

LEAVE A REPLY