Ağız qoxusundan qurtulmağın 10 YOLU

0
5

Ağız qoxusundan qurtulmağın 10 YOLU

Ağız qoxusu insanların bədən, ruh və sosial sağlamlığına mənfi təsir edən amillərdən biridir.
Bir çox insan bu mənfi fəsaddan əziyyət çəkir və ağızlarından gələn iyi gün ərzində özünü və ətrafındakıları diskomfort edir. Ağız qoxusundan xilas olmağın yollarını təqdim edirik.
Ağız qoxusu burun, nəfəs yolları və ağciyərlə bağlı infeksiyalar, şəkər xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, metabolizma pozuntuları, badamcıq iltihabı və diş əti narahatlıqlarının xəbərçisidir. Ağızdan gələn xoşagəlməz iyi dost-tanış çevrəsindən uzaqlaşma, sosial mühitdən olmaqda çəkinmək kimi narahatlıqlara səbəb olur. Bunun qarşısını almaq üçün qoxuya səbəb olan qida və içkilərdən uzaq durmaq lazımdır.

Ağız qoxusundan qurtulmağın 10 yolu:
1. Yumşaq yox, sərtliyi orta səviyyəli olan diş fırçalarından istifadə edin.
2. Bakteriya və qida artıqlarını təmizləmək üçün dişlər gündə ən azı iki dəfə fırçalanmalıdır və hər gün diş ipindən istifadə edilməlidir.
3. Ağız qoxusuna səbəb olan amillərdən biri də dildəki təbəqələşmədir. Buna görə dili fırçalamağı da adət etməniz yaxşı olar. Dişləri fırçalayarkən ağız qoxusunun 20, dili fırçalayarkən isə 80 faizindən xilas olarsınız.
4. Ağız qoxusundan xilas olmaq üçün satılan mayelərin bir qisminin tərkibində spirt var deyə iyi daha da arta bilər.
5. Sink tərkibli diş pastası və tərkibində sink olan saqqızlar ağız iyinə qarşı yaxşı vasitədir.
6. Diş və diş əti xəstəlikləri ağız qoxusuna səbəb olduğu üçün ağız müayinəsi və dişlərə qulluq üçün həkimə müraciət edə bilərsiniz.
7. Ağızdan gələn arzuedilməz iyinin qarşısını almaq üçün diş çürükləri, qırıqları və s. kimi diş problemləri müalicə edilməlidir.
8. Protez, dolğu, diş körpülərinin aralarına yığılan və orada qalan qidalar da pis qoxuya səbəb olur. Ona görə də hər gün protezi çıxarıb yumaq və təmizləmək vacibdir.
9. Ağız quruduğu zaman da pis qoxuya səbəb olur. Ağzınızın qurumaması üçün mütləq çoxlu su içmək lazımdır.
10. Cəfəri təbii olaraq nəfəsi təmizləyir. Qəhvə dənələri, limon qabıqları da ağız qoxusuna qarşı yaxşı vasitədir.

LEAVE A REPLY