Saç tökülməsinin qarşısını alan MƏSLƏHƏT: hər gün 3 dəqiqə…

0
1

Saç tökülməsinin qarşısını alan MƏSLƏHƏT: hər gün 3 dəqiqə…
[center][/center]
Stress, fəsil dəyişikliyi, dəmir əskikliyi… Bunlar saç tökülməsinin səbəblərindən bir neçəsidir.
Saç tökülməsi problemi əksər insanlara tanışdır. Ancaq hər zamankından fərqli bir tökülmənin qaynağı bəzi xəstəliklər ola bilər. Bunların sırasında immunitet sistemindəki problemlə ortaya çıxan xəstəliklər, tiroid vəz xəstəlikləri, dəmir əskikliyi, stress və genetik xəstəliklər, qadınlarda hormonal pozğunluq, kifayət qədər qidalanmamaq, uzun müddət saxlanan az kalorili pəhrizlər daxildir.
Ancaq müəyyən hissələrdə tökülmə varsa….

Saç tökülməsinin səbəbi nə olur olsun qarşısı alına bilər, ancaq itirilən saçı hər zaman geri qaytarmaq mümkün deyil. Məsələn, bədəndə dəmir çatışmazlığı və qansızlıqdan qaynaqlanan saç tökülməsinin qarşısını almaq olar, ancaq itirilən saçı geri qaytarmaq mümkün deyil. Əgər saç tökülməsi normaldan daha çox, xüsusən də bəlli bir bölgələrdə daha çox yaşanırsa, hamamda, yastıqda tökülən saçların miqdarında artım varsa və bu hal 3 aydan çox davam edirsə, hər əlinizi atdığımızda 3-4 tel qopursa, mütləq həkimə getmək lazımdır.
Bir də fəsil tökülmələri var ki, bu da daha çox yaz ayında yaşanır, 2-3 ayda bitər.

Çox tez-tez saç fenləməyin
Saçı yuyarkən və darayarkən tökülməsi normaldır. Ancaq durduğunuz yerdə hər əlinizi atdığınızda saç tökülürsə, həkimə gedin.

Yaxşı yatın

Qırmızı ət və bol taxıl məhsulları yeyin.

Çox sıx edilməməsi şərti ilə boyanın saça ziyanı olmaz. Ancaq saçları çox fenləmək saç dibinə zərər verir. Saçı çox sıx yığmaq da yanlışdır.

Saç tökülməsinə qarşı məsləhətlər
– Saç diblərinin masaja ehtiyacı var. Hər gün 3 dəqiqə saç diblərini masaj edin.
– Yarım qəhvə fincanı soya yağı, iki xörək qaşığı badam yağı, bir çay qaşığı dəniz duzu, bir çay qaşığı alma sirkəsini əridin. Qarışımı saç diblərinə sürtüb masaj edin.
Sonra streç sellofanla sarıyıb iki saat saxlayın.
– Saç diblərini, saçları bal və yumurta sarısı ilə masaj edin. Başınızda yarım saat saxlayın.
– 2-3 həftə boyunca hər yeməkdə bir stəkan suya bir çay qaşığı alma sirkəsi qarışdırıb için.
– Saçlarınızı qidalandırmaq üçün alma sirkəsi və adaçayını qarışdıraraq saçınızı bu qarışımla durulayın.
İsti zeytun yağı, bal və 1 çay qaşığı toz halında darçını qarışdıraraq hamama girmədən əvvəl 15 dəqiqə boyunca bunu saçlarınızda saxlayın.
Saçlarınızın azaldığı qisimləri qızarana qədər soğanla ovun, ardından da bal sürtün.
1 fincan xardal yağını 4 xörək qaşığı xına yarpağı ilə qaynadın. Süzdükdən sonra qalan suyu bir şüşəyə doldurun və saç dərinizə müntəzəm olaraq bununla masaj edin.

LEAVE A REPLY