Prezidentin qərarlarını vecinə almayan məhkəmə hakimləri…

0
5

Prezidentin qərarlarını vecinə almayan məhkəmə hakimləri…

Tanınmış hüquqşünas Qurban Məmmədov Bakı Apellyasiya Məhkəməsinin iki hakimini prezident İlham Əliyevin qərarlarını icra etməməkdə suçlayıb:

“Prezident İlham Əliyev dəfələrlə göstəriş verib ki, Bakı şəhərində qanunsuz tikililər aparılmasına imkan verilməsin.
Prezidentin sözü Bakı Apellaysiya Məhkəməsinin hakimləri Nurəddin Mustafayev və Mirzə Tağızadənin heç vecinə də deyil.
Bu adamlar üçün nə qanun nə də prezidentin sözü keçərlidir. Məhkəməni bazara döndəriblər.
Prezidenti bu ölkədə hakim də saymırsa, onda o kim üçün danışır?
Nurəddin Mustafayev və Mirzə Tağızadənin qanunsuz qərarı ilə bağlı yazını tezliklə diqqətinizə çatdıracağam.
Belə hakimlərin əməlləri nəticəsində insanlar müstəqilliyə də, hakimiyyətə də, dövlətlərinə də nifrət edirlər.
Bu bazarı bağlamağa prezidentin gücü çatacaqmı?”

LEAVE A REPLY