Cəsədi tapılan neftçinin kimliyi bilindi

0
21

Cəsədi tapılan neftçinin kimliyi bilindi

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

Socar-ın saytı xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və 'Günəşli' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

LEAVE A REPLY