Moskva-Gəncə aviareysi təxirə salındı
Fevralın 1-də hava şəraiti ilə əlaqədar Moskvanın “Domodedovo” aeroportundan Azərbaycanın Gəncə şəhərinə olan aviareys təxirə salınıb.
Azertag.az “Domodedovo” aeroportunun rəsmi səhifəsinə istinadla xəbər verir ki, Moskvadan Gəncəyə nəzərdə tutulan “NN 411” saylı təyyarə reysi müvəqqəti dayandırılıb.
Gəncəyə olan uçuşun “VİM-Avia” aviaşirkətinə məxsus “Boeing 757-200” təyyarəsi ilə həyata keçirilməsi gözlənilirdi.