Orqanizmi ağır metallardan necə təmizləmək olar?

0
3

Orqanizmi ağır metallardan necə təmizləmək olar?

Müasir texnologiya hər sahədə işimizi asanlaşdırsa da, sağlamlığımız üçün böyük təhlükə hesab edilir.
Hazırda satışda olan bir çox məhsulun tərkibi ağır metallarla zəngindir. Ağır metallar hər gün istər-istəməz təmasda olduğumuz ev əşyaları, kosmetika məhsulları, dərman, geyim və digərlərinin tərkibində olur. Ağır metal dedikdə qurğuşun, civə, kadmium nəzərdə tutulur. Orta əsrlərdə bir çox insanın kosmetik məhsulların tərkibində olan qurğuşun səbəbindən öldüyü elmə məlumdur. Odur ki, ağır metallara qarşı diqqətli olmaq lazımdır. Ağır metal hesab edilməsə də, sağlamlıq üçün təhlükəli olan arsen, həmçinin bədəndə həddən artıq olduqda zəhərlənməyə səbəb olan dəmir, sink, mis kimi elementlərə qarşı da daim gözüaçıq olmaq tələb olunur.
Ağır metalla çirklənən orqanizmdə bir çox orqanın fəaliyyəti pozulur. Sinir sistemi, ürək, ağciyər, qaraciyər və böyrəklərdə problemlər baş verir. Həmçinin xəstənin xərçəngə yaxalanmaq riski artır. Uşaqlarda fiziki və əqli gerilik müşahidə edilir.
Bunların qarşısını almaq üçün ağır metalları mümkün olduğu qədər həyatımızdan uzaqlaşdırmalı və vaxtaşırı olaraq orqanizmi təmizləməliyik.
Bu təmizlənmə prosesini bui qidalarla həyata keçirə bilərsiniz.
Alimlər bədəni qurğuşundan təmizləyən ən güclü vasitənin C vitamini olduğunu bildirirlər. Bu baxımdan portağal, limon, sarı və qırmızı bibər, tərə, brokkoli, gül kələm, kivi, çiyələk, pomidor, lobya kimi qidalar tövsiyə edilir.
E vitamin də ağır metallara qarşı güclü təsir edir. Antioksidant təsiri ilə ağır metalların orqanizmə vurduğu zərəri azaldır. İspanaq, badam, qoz, günəbaxan tumu, avokado, alabalıq, zeytun yağı, brokkoli və balqabaq E vitamini ilə zəngin olduğu üçün ağır metallardan təmizlənmək üçün bu qidalardan bol miqdarda yeyilməlidir.
Bu baxımdan kaliumdan da faydalanmaq olar. Çünki kalium ağır metalların orqanizmdən atılmasına kömək edir. Kaliumla zəngin olan lobya, soya, qırmızı ət, toyuq, hind quşu, az yağlı süd məhsulları, çərəzləri, dəniz məhsullarını süfrənizdən əskik etməyin.
Sarımsaq da ağır metallarla mübarizədə önəmli yer tutur. Sarımsağı kefir və ya qatıqla qarışdırıb qəbul etdikdə ağır metalların bədəndən atılmasını təmin edir. Bu baxımdan sarımsağı detoks qida hesab etmək olar.

LEAVE A REPLY