“Gülüstan” sarayının istinad divarlarında çatlar yarandı

0
3

“Gülüstan” sarayının istinad divarlarında çatlar yarandı

“Gülüstan” sarayının həm arxa, həm də ön hissəsində istinad divarları var.İstinad divarları üzlük daşlarla örtülüb. Həmin divarlarda təxminən 3-5 milli metr ölçüsündə çatlar müşahidə olunub”.
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” kompleksinin sağ tərəfində, Bayıl dərəsi deyilən ərazidəki istinad divarlarında da müəyyən çatlar əmələ gəlib: “Bunlar kiçik ölçülü çatlardır. Ümumilikdə isə elə bir gərgin, qorxulu vəziyyət yoxdur. Qar yağıb, qarın əriməsindən sonra gözləmək lazımdır görək ümumi vəziyyət necə olacaq”.
Ə. Qaralov qeyd edib ki, adı çəkilən ərazilərdə daima lokal sürüşmələr baş verib: “Həmin ərazilər sürüşməyə meyllidir. Sonuncu dəfə 2000-ci ilin mart ayında “Əbədi məşəl” kompleksinin qarşısında təxminən 37 metrə yaxın şaquli yatım baş verdi. Böyük bir kütlə oturdu. Neftçilər prospekti tərəfində asfalt örtük qalxmışdı. Qeyd olunan ərazilərdə mütəmadi olaraq müşahidələr aparılır. Hazırda bizim mütəxəssislər tərəfindən müşahidələr davam etdirilir”.

LEAVE A REPLY