“Hakimiyyət bizi saymır”
Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının rəhbərləri və hökumət arasında zaman-zaman görüşlər olub. Bu görüşlər ötən ildə bir neçə dəfə baş tutub.
Müxalifət partiyaları ilə iqtidar arasında dialoqun bərpa edilməsi məsələsini son günlər ölkədə yaşanan iqtisadi və sosial hadisələr daha da zəruri edir. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu mövzu barədə Modern.az -a açıqlama verib.
Partiya rəhbəri deyib ki, dəfələrlə onlar tərəfindən iqtidarla dialoq təklifləri edilsə də, buna əhəmiyyət verilməyib:
“Biz dəfələrlə hökumətə, iqtidara dialoqla bağlı təklifləri vermişik. Amma bu, hər dəfə onlar tərəfindən qəbul olunmayıb”.
O bildirib ki, iqtidara, hökumətə təkliflərin verilməsindən sonra bunun nəticəsi haqqında, hakimiyyətin hansısa bir qərarı verməsi haqqında məlumatı yoxdur :
“Bununla heç maraqlanmıram. Çünki Azərbaycan hakimiyyəti, müxalifəti saymır”.