Ayda 600 avro alan müəllimlər maaşlarının artırılması tələbi ilə tətilə başlayıb
Slovakiyada müəllimlər aylıq maaşlarının 90 avro artırılması tələbinə hökumətin rədd cavabı verməsindən sonra tətil elan ediblər. Modern.az saytı xəbər verir ki, bu səbəbdən ölkədə 300-dən çox məktəbin bağlandığı bildirilir.
Belə ki, slovakiyalı müəllimlər maaşlarının artırılmasından əlavə, təhsil sistemində islahatların aparılması üçün 400 milyon avro vəsaitin ayrılmasını tələb edirlər.
Tətil edən müəllimlər ölkənin paytaxtı Bratislavanın mərkəzi meydanına tolpaşıblar.
Slovakiyanın müstəqillik əldə etməsindən cəmi 26 il ötsə də, bu dövr ərzində ölkədə 19 təhsil naziri dəyişib.
Qeyd edək ki, Slovakiyada müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 avroya bərabərdir.