İlham Əliyev aksiyalardan danışdı – Video

0
3

İlham Əliyev aksiyalardan danışdı – Video

Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanda baş verən etirazlarla bağlı danışıb.

Forum Çərçivəsində “The New Energy Equation” adlı panel müzakirəsində çıxış edən Prezident manatın devalvasiya səbəbləri və ölkədə baş vermiş etirazlar barədə suallara cavab verib.

Müzakirənin moderatoru manatın 70 faiz devalvasiyaya uğramasının Azərbaycanda bir sıra etirazlar yaratdığını, buna neftin qiymətlərinin kəskin düşməsinin səbəb olduğunu deyib. Prezident İlham Əliyev isə manatın devalvasiyasının bir çox səbəblərinin olduğunu deyib: “Birincisi, neftin qiymətlərinin azalması. Bizim milli valyutamız ötən on ildə dollara nisbətdə çox dəyər qazanmışdı. Manat 1,3 dollara bərabər idi. İlk devalvasiya zamanı manat 1-1 nisbətində oldu. İkinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası oldu. Nəticədə bizim məhsullarımızın rəqabətədavamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi.

Bacardığımız qədər qarşısını almağa çalışdıq. Milli Bank ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik. Bununla bərabər bir sıra narazılıqlar yarandı. Çünki idxal edilən məhsulların qiymətində dərhal artım oldu. Biz hələ də bəzi məhsullar baxımından idxaldan asılıyıq. Bu səbəbdən qiymətlərin artması bir sıra narazılıqlara səbəb oldu. Bu kiçik bir etiraz idi və bunun səbəbəi də insanların hazır olmadığı bir stresi yaşaması idi. Amma bu, artıq bitdi”.

LEAVE A REPLY