İremin boşanma xəbəri ilə bağlı açıqlama
Müğənni İrem Derici və radio aparıcısı Rza Eserdemirin boşanma xəbəri şou gündəminin əsas mövzularlndan birinə çevrilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İnstaqram səhifələrində birgə olan bütün fotolarını silən cütlük bir-birlərini izləməni də dayandırıblar.
2014-cü ildə ailə quran İrem və Rzanın münasibətlərində 6 aydır ciddi problem yaşandığı deyilir. Aİləyə yaxın adamlardan biri isə bu haqda belə açıqlama verib:
“Boşanma yoxdur, amma eyni evdə oturub bir-birləri ilə heç danışmırlar”.