Avropa Şurasının insan haqları komissarı Xədicə İsmayılova ilə bağlı xüsusi vəsatət qaldırıb

0
4

Avropa Şurasının insan haqları komissarı Xədicə İsmayılova ilə bağlı xüsusi vəsatət qaldırıb

Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks təhqiqatçı-jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə xüsusi müdaxilə vəsatəti ilə müraciət edib.

Bu vəsatət jurnalistin Azərbaycan Respublikasına qarşı iddiasına baxmalı olan Avropa İnsan Haqları Məhkəməsi tərəfindən nəzərdən keçiriləcək.

İnsan haqları komissarı öz səlahiyyət mandatına uyğun olaraq Azərbaycan Respublikasında insan haqlarının vəziyyəti və bu vəziyyətin İsmayılovanının işi ilə bağlığına dair məlumat verib və jurnalistin Azərbaycana qarşı iddiası üzrə məsələyə dair vəsatətlə müdaxilə etmək qərarına gəldiyini bildirib.

Məktubda deyilir ki, Azərbaycanda insan haqlarının vəziyyətinə dair Avropanın müxtəlif srtrukturları tərəfindən bəyanatlar və sənədlər qəbul edilsə də, problemlər həll edilməmiş qalır.

Komissar Azərbaycan hakimlərini apardıqları işlərdə İnsan Haqları Konvensiyasını rəhbər tutmağa çağırır.

İnsan haqları komissarı bu qənaətdə olduğunu bildirir ki, Azərbaycanda insan haqları müdafiəçilərinin təqibinə son qoyulmalı və bu sahədə fəaliyyətlərinə görə həbs edilənlərin hamısı azadlığa buraxılmalıdır.

LEAVE A REPLY