Donald Tusk: “İki aya tədbir görməsək, Avropa Birliyi iflasa uğrayacaq”

0
4

Donald Tusk: “İki aya tədbir görməsək, Avropa Birliyi iflasa uğrayacaq”

“Miqrant böhranını nəzarətə götürmək üçün Avropanın 2 ay vaxtı var. Yoxsa, Şengen zonası çökəcək”.

Bunu Avropa Birliyi Şurasının prezidenti Donald Tusk Avropa Parlamentindəki çıxışında deyib.

Tusk bildirib ki, sərhədlərini qoruya bilməsə, Avropa Birliyi siyasi layihə kimi iflasa uğrayacaq.

Qeyd edək ki, Avropa Birliyi İkinci dünya savaşından sonra ən böyük miqrasiya böhranı ilə qarşı-qarşıyadır.

Artıq Avstriya Şengen anlaşmasının tətbiqindən müvəqqəti imtina etdiyini və bunun miqrant axını ilə bağlı olduğunu bildirib.

Son vaxtlar Avropanın ayrı-ayrı siyasətçiləri Şengen zonası ilə bağlı narahatlıqlarını dilə gətiriblər və onun mövcudluğunun təhlükə altında olduğunu bildiriblər.

LEAVE A REPLY