“Azərsu” maaş böhranı xəbərini təkzib etdi…
“Azərsu” ASC – nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təmsil etdiyi qurumla bağlı yayılan informasiyaya aydınlıq gətirib:
“Bu gün bir neçə sayt “Azərsu” ASC-də əmək haqlarının gecikməsi ilə bağlı həqiqətdən uzaq və qarşı tərəfin mövqeyini öyrənmədən məlumat yayıb. Əgər özlərinə əziyyət verib rəsmi mövqe kimi yazmaq istəsələr buyursunlar. “Azərsu” ASC-də heç bir əmək haqqı böhranı yoxdur. Bütün təşkilatlarımız noyabr ayının maaşlarını tam bağlayıb və şəxsən mən dekabrın da maaşını almışam. Eyni zamanda Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Tağıyev adına, Kür Su təchizatı idarələri, Sukanal ETLİ, Sutikinti müəssisəsi, Xətai Sukanal, Bakı Sukanal idarələri, Mərkəzi Laboratoriya və s. müəssisələrimiz də dekabrın maaşlarını alıb, digərləri isə ayın sonuna qədər alacaqlar…”