BMT: İŞİD 3500 nəfəri qul vəziyyətində saxlayır
Birləşmiş Millətlər Təşkilatının bu gün açıqlanan hesabatında bildirilir ki, İŞİD terrorçu təşkilatının döyüşçüləri İraq ərazisində 3500 nəfəri, əsas etibarilə qadın və uşaqları qul vəziyyətində saxlayır.
Hesabatda deyilir: “Qul qismində əsasən qadınlar və uşaqlar saxlanır ki, bunların da əksəriyyətini yezidlər təşkil edir. Lakin onların arasında digər xalqlara və dinlərə məxsus insanlar da var”.
Sənəddə həmçinin o da qeyd olunur ki, uşaqlar sonradan əsgər və kamikadze hazırlığı üçün oğurlanırlar. Təşkilatda olan məlumata əsasən, yalnız Mosul şəhərindən terrorçu düşərgələrində təlim keçmək məqsədilə 900 uşaq oğurlanıb.