Neft Fondu yenə də 200 milyon dolları hərraca çıxartdı

0
1

Neft Fondu yenə də 200 milyon dolları hərraca çıxartdı

Yanvarın 18-də Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və bu vəsaitin 193 milyon 896 min ABŞ dolları 28 banka satılıb.

Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

LEAVE A REPLY