“İşbazlar heyvan piyini, marqarini əhaliyə kərə yağı kimi təklif edirlər”

0
7

“İşbazlar heyvan piyini, marqarini əhaliyə kərə yağı kimi təklif edirlər”

Kərə yağı alarkən diqqətli olun. Təəssüflər olsun ki, oliqarxlar ucuz yag və piylərdən alınmış qatqını kərə yağı adı ilə əhaliyə baha qiymətə satırlar.

Nəzərinizə çatdırım ki, 1 kiloqram (82,5 faizlik) kərə yağının istehsalı üçün 23 litr inək südündən (3,6 %-li) istifadə olunur. Azərbaycan şəraitində kərə yağı istehsalı çox baha başa gəlir, xammal istehsalı, daşınması, emalı və digər xərclər nəzərə alanda 1 kiloqram əsl kərə yağının bazarda qiyməti ən azı 12-13 manat olmalıdır. Digər ölkələrdə, xüsusən Avropada istehsal xərcinin 50 faizini hökumət öz üzərinə götürür, sahibkara dotasiya verir.

Bizim ölkədə süd, yağ istehsalçıları üçün güzəşt, subsidiya nəzərdə tutulmayıb. Ona görə də işbazlar ucuz bitki yağlarını, heyvan piyini, marqarini kərə yağı iyisi verən maddə ilə qarışdırıb əhaliyə kərə yağı kimi təklif edirlər. Həmçinin idxal olunan ucuz kərə yağlarının keyfiyyəti də şübhə doğurur.

Vahid Məhərrəmli, kənd təsərrüfatı üzrə ekspert

LEAVE A REPLY