İran ABŞ-ın yeni sanksiyalarını “mənəviyyatsız” adlandırdı

0
5

İran ABŞ-ın yeni sanksiyalarını “mənəviyyatsız” adlandırdı

Ötən gün Amerikanın İrana qarşı sanksiya tətbiq etməsi rəsmi Tehranın ciddi etirazına səbəb olub.

Ölkənin xarici işlər naziri Cavad Zərif bu sanksiyaları “mənəviyyatsız” və “qeyri-legitim” adlandıb.

Onun sözlərinə görə Amerika özü Yəmən və Fələstində insanların ölümünə bais olanlara silah satır.

Bundan öncə, Amerika İrana ballistik raket sınaqları keçirməkdə yardımçı olan 11 şirkətə və şəxsə – 6 İran vətəndaşına, 1 Çin vətəndaşına, 2 Birləşmiş Ərəb Əmirliyi şirkətinə və 1 Çin şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi.

LEAVE A REPLY