Qaraciyər haqqında çox maraqlı 14 FAKT
1. Qaraciyər unikal orqandır. Bu orqan orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar yerinə yetirir.
2. Böyüklərdə qaraciyərin çəkisi orta hesabla 1,5 kq təşkil edir.
3. Qaraciyər gün ərzində (24 saat) 2000 l qan təmizləyir. Qara ciyər orqanizmin əsas filtridir.
4. Qaraciyər xəstəliklərinin sayı 50-dən artıqdır. Bu xəstəliklərin əsas xüsusiyyəti uzun müddət ərzində simptomsuz inkişaf etməsidir.
5. Qaraciyər xəstəliklərinin əsas səbəbi spirtli içkilərin qəbuludur.
6. Böyüklərin qara ciyəri gün ərzində 1 l öd istehsal edir.
7. Hər il dünyada 11000 qara ciyər köçürülməsi əməliyyatı aparılır. Bu əməliyyatların əksər hissəsi ABŞ-da aparılır.
8. Qaraciyər özünü bərpa etmək unikal xüsusiyyətinə malikdir. Hətta qaraciyərin 75% xaric olundudqa bir neçə aydan sonra bu orqan özünü tam bərpa edir və normal ölçülərə qayıdır.
9. Qaraciyərin əsas funksiyası detoksikasiyadır (orqanizmin toksinlərdən təmizlənməsi prosesi). Bu toksinlər orqanizmə su, qida, adi hava ilə daxil olur və qara ciyər tərəfindən zərərsizləşdirilir. Bu səbəbdən qaraciyər fəaliyyətdən qalarsa, insan tez bir zamanda intoksikasiyadan (zəhərlənmədən) həlak olacaq.
10. Qaraciyər müxtəlif vacib maddələrin anbarıdır. Qaraciyərdə qlükoza, vitaminlər, minerallar (xüsusilə dəmir) saxlanılır. Bu maddələr burada yığılır və ehtiyac yarandıqda orqanizm tərəfindən istifadə olunur.
11. Qaraciyərdə əlavə qan ehtiyatı saxlanılır (orqanizmdə olan qanın təxminən 10%-i). Güclü qanaxma zamanı qaraciyərin damarları sıxılır və bu qan ümumi qan dövranına daxil olunur.
12. Müxtəlif pəhrizlər saxlayan xanımlar bilməlidir ki, kəskin arıqlama qaraciyərə çox mənfi təsir edir, onun funksiyalarını pozur.
13. Bütün dərmanlar qara ciyərdə zərərsizləşdirdiyi üçün dərmanları çox ehtiyatla qəbul etmək lazımdır. Həkimin təyinatı olmadan heç bir dərmanı, hətta zərərsiz hesab etdiyimiz vitaminləri və otları, qəbul etmək olmaz.
14. Xroniki stress, qəzəb, hirs və s. mənfi emosiyalar qaraciyərin sağlamlığına çox mənfi təsir edir.