“Heç bir ölkə ABŞ-a hücum etmək cəsarətində olmaz” – Obamadan dünyaya MESAJ
ABŞ prezidenti Barak Obama Konqresə illik müraciətini edib.
Obama Amerikanın dünyanın ən güclü ölkəsi adlandırıb: “ABŞ-ın iqtisadi tənəzzülü barədə bütün söhbətlər siyasi zəvzəklikdən başqa bir şey deyil. Eyni vaxtda ölkəmizin zəifləməsi və düşmənlərinini güclənməsi barədə ritorika da buna aiddir. ABŞ Yer kürəsinin ən güclü dövlətidir. Nöqtə”.
Obama dünyanın heç bir ölkəsinin ABŞ-a hücum etmək cəsarətində olmadığını deyib.
Obama çıxışında Ukrayna və Suriya münaqişələrinə də toxunub və terroizm təhlükəsi barədə danışıb.
ABŞ prezidenti Ukrayna və Suriyanın Rusiyanın təsir dairəsindən tədricən çıxdığını deyib. Obama Moskvanın bu prosesi pozmaq istədiyini bildirib: “Rusiya iqtisadiyyatının azalmasına baxmayaraq, təsir dairəsindən çıxan Suriya və Ukraynada öz resurslarını xərcləməkdə davam edir”.
Barak Obama müaisr dünyada Amerikaya təhlükə törədən dövlətlər arasında “şər imperiyaları”nı və dövlətçiliyi formalaşmamış bir sıra dövlətləri misal göstərib. O, ölkəsi üçün təhlükə törədən dövlətlər arasında Rusiyanı, Çini və Şimali Koreyanın adını çəkib.
Bununla belə, Obama dünyaya nə baş verirsə versin, planet sakinlərinin ilk növbədə Pekin ya Moskvaya deyil, Vaşinqtona baxdıqlarını deyib.