“MEDİAYA TİBBİ DƏSTƏK” XEYRİYYƏ AKSİYASI KEÇİRİLİB

0
3

“MEDİAYA TİBBİ DƏSTƏK” XEYRİYYƏ AKSİYASI KEÇİRİLİB

Bu gün “Azərbaycan – İsrail” Beynəlxalq Tibb Mərkəzi və Azinforum.az saytının birgə təşkilatçılığı ilə “Mediaya tibbi dəstək” adlı xeyriyyə aksiyası keçirilib. Beynəlxalq Tibb Mərkəzinin Bakı şəhərində olan ofisində ölkənin tanınmış KİV-lərini təmsil edən 40-a yaxın jurnalist pulsuz tibbi müayinədən keçib. Saat 11-00 -da başlayan aksiya 16-00 qədər davam edib.
Jurnalistləri rəhbəri olduğu tibb mərkəzində salamlayan Aleksander Şapiro-Suliman bildirib ki, imkanları daxilində KİV nümayəndələrinə bacardıqları tibbi dəstəyi verməyə hazırdılar. Aksiyadan yararlanan jurnalistlər tədbirin sonunda “Azərbaycan – İsrail” Beynəlxalq Tibb Mərkəzinə bu nəcib təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər.
Aleksander Şapiro- Suliman jurnalistlərdə aşkarlanan bəzi xəstəliklərin müalicəsinə də yardımçı olacaqlarını bildirib.

Aksiyada “Millətim” qəzetinin əməkdaşı da iştirak edib.

LEAVE A REPLY