Bülent Ersoyun həkimi ifaçının donuz qripinə yoluxduğunu təsdiqlədi

0
3

Bülent Ersoyun həkimi ifaçının donuz qripinə yoluxduğunu təsdiqlədi

Gaziosmanpaşa Avropa Özel Şafak Xəstəxanasının baş həkimi Bülent Şahin sənətçi Bülent Ersoyun qripə yoluxması səbəbindən xəstəxanada müalicə aldığını söyləyib.
Türkiyə KİV-ləri xəbər verir ki, həkim “analizlərin cavabı donuz qripinə uyğun gəlir” deyərək divanın bu xəstəliyə yoluxma ehtimalını təsdiqləyib.
“Dərhal müalicəyə başladıq. Nəzarət altındadır. Lazımi tədbir görülüb.Vəziyyəti bir az ağırdır, ancaq həyati təhlükəsi yoxdur. Özündən sonra anası ilə sürücüsü də eyni şikayətlə xəstəxanamıza yerləşdirilib. Sürücünün vəziyyəti yaxşıdır, ancaq anasının səhhəti ağırdır”,-deyə baş həkim bildirib.

LEAVE A REPLY