Barak Obama Azərbaycan prezidentini Nüvə Təhlükəsiziyi iclasında iştiraka dəvət edib
ABŞ prezidenti Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi iclasında iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyevi dəvət edib.
Trend.az-in verdiyi məlumata görə, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov çərşənbə günü öz Tvitter səhifəsində yazıb: ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubda onu Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi iclasında iştiraka dəvət edib.
Bu iclas 31 mart – 1 aprel tarixində Vaşinqtonda keçirilməlidir.
Öncəki Nüvə Təhlükəsizliyi iclası 2014-cü ildə keçirilib.