“Fərəc Elçibəyi o dünyada da rahat buraxmır, yalanlarına şərik etmək istəyir”

0
4

“Fərəc Elçibəyi o dünyada da rahat buraxmır, yalanlarına şərik etmək istəyir”

Ramiz Tağıyev:“AXC-nin və AXC Naxçıvan Villayət şöbəsinin “Sərhəd Hərəkatı”nın dayandırılması barədə qərarı olmasına baxmayaraq, etiraz edib ,dekabrın 31-i 1989-cu il tarixdə, saat 10:30- da Culfa rayonu ərazisində tikanlı məftilləri sökməyə başladıq”

ANS-in “Beş barmaq” verilişinin 04 yanvar 2015-ci il tarixli yayımı “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”-nün tarixinin müzakirəsinə həsr edilmişdi. Təəssüf ki, verilişə dəvət olunmuş qonaqların heç biri həmin tarixə isıq tutmaq üçün verilən suallara aydınlıq gətirə bilmədi. Şərəfli tarix haqqında yayımlanan bu “veriliş”, həmin tarixi hadisənin iştirakçısı olmuş bir çox şəxslər tərəfindən kəskin qınağa səbəb olub. “Sərhəd Hərəkatı”-nın ideya müəllif, Milli Azadlıq Hərəkatının liderlərindən olmuş Ramiz Tağıyev həmin verilişdə səsləndirilən fikirlərə münasibətini öz Facebook səhifəsində yazdığı statusla bildirib. R.Tağıyev ANS telekanalını tarixi saxtalaşdırmaqda günahlandırıb: “Bu gün ANS yenə bir qrup plagiatı efirə çıxarıb ,çagdaş tariximizin qəhrəmanlıq epopeyasını saxtalaşdırmaqla məşgul idi. Baş rolda iqtidarın təyinatlı sözçülərindən olan Fərəc Quliyev idi. Söhbət yenə “Sərhəd Hərəkatı”-dan gedirdi. Özünü insan hesab edənlərin bu qədər yalana imza atmalarına inanmaq çox çətindir. Ancaq təəssüf ki, bu baş verir. Atalar yaxşı deyib, “utanmasan oynamaga nə var “. Ülviranın suallarına cavab vermək əvəzinə, dolaşıq cavabları ilə həm də özlərini çətin duruma salanların halına acıdım. Həmin saat ərzində Ordubad və Culfa rayonlarından mənə gələn zənglərin ardı-arası kəsilmədi. Məhz onların əsəblərini sakitləşdirmək üçün bu statusu yazmalı oldum. Dəfələrlə yazmışam, Mir Şahin və onun ANS-i tarixi saxtalaşdırmaqla,Cəlal Əliyevin deyimini təsdiq etməyə çox yaxınlaşıb”.
Ramiz Tağıyev statusunda F.Quliyevi tarixi saxtalaşdırmaqda gunahlandırıb: ”Əlbəttə ,sifariş daha yuxarılardan gəlir. Fərəc Elçibəyi o dünyada da rahat buraxmır,yalanlarına şərik etmək istəyir. Bu insanların dünyanı yalanlarla başa vura biləcəklərinə əminəm, ancaq o biri dünyada sorgu-sualdan üzüag keçəcəklərinə şübhəm var. Axı, insanların əzab-əziyyətlə yaratdıgı tarixi belə cılızlaşdırmaq,mənimsəmək bagışlanası deyil. Axı, hər kəs bilir ki, “Sərhəd Hərəkatı” 1989-cu ilin iyun ayında Culfada başlamış, SSRİ imperiyasını lərzəyə salan Dəmiryol tətillərinin fonunda baş verdi. Həmin tətillərin əsas tələbi məhz sərhədlərin açılması,Cənubi Azərbaycana gediş -gəlişin sadələşdirilməsi barədə olurdu.Təşəbbüsümü ilk olaraq Culfada 1988-ci ildə keçirimiş bütün mitinqlərdə səsləndirdiyimdən xalqın dəstəyini ala bilmişdim. AXC Naxçıvan Vilayət Şöbəsinin 1989-cu il 11 noyabrda keçirilmiş iclasındakı çıxışımı “Sərhəd Hərəkatı”na həsr etdim. Məclisdə isə təklifim bir səs çoxluguyla qəbul edildi. Məhz mənim təklifimlə 4 dekabr və 12 dekabr tarixlərində Culfada “Sərhəd Hərəkatı”na həsr edilmiş ümumrespublika mitinqləri keçirildi. AxC-nin və AXC Naxçıvan Villayət şöbəsinin “Sərhəd Hərəkatı”nın dayandırılması barədə qərarı olmasına baxmayaraq, etiraz edib ,dekabrın 31-i 1989-cu il tarixdə, saat 10:30- da Culfa rayonu ərazisində tikanlı məftilləri sökməyə başladıq. Uğurumuzu görüb digər bölgələr də bizlərə qoşuldu. O zamanki qəzetlər bizi sərt tənqid etsələrdə, tarixi baxımdan əhəmiyyətli faktları gələcək nəsillərə buraxa biliblər ki, Fərəc Quliyev kimi psevdoqəhrəmanların cavabını verə bilək. Əlbəttə,bu gün onun kimiləri arxalıdırlar,himayə olunurlar. Telekanalizasiyalar üzlərinə açıqdır. Ataların bir məsəli var “arxalı köpək qurd basar”. Ancaq mən bu məsəli heç qəbul etmədim. Qurd qurd olsa, köpək öləndə də köpək kimi ölər dedim.Tarix şərəf,namus,qeyrət məsələsidi. Tarix dünənimiz, bu günümüz, sabahımızdır. Onu saxtalaşdırmaq istəyənlərin bir adı var- Xəyanətkar. Əlbəttə, bu vicdanı tarix və millət qarşısında təmiz olanlara qətiyyən şamil edilmir. Xatırlatmaq istəyirəm ki, “Sərhəd Hərəkatı”nın mənim təşəbbüsümlə baş tutdugunu bu gün inkar edənlərin əksəriyyəti yaxın keçmişdə ayrı-ayrı qəzetlərə açıqlamalar verib, əsil həqiqəti söyləmişdilər. İndi mövqelərinin dəyişməsində iqtidardaki dayılarının tapşırıqları və paraları az əhəmiyyət daşımır”.

Murad

LEAVE A REPLY