Azərbaycanda reklam olunan dərmandan siçan nəcisi çıxdı

0
3

Azərbaycanda reklam olunan dərmandan siçan nəcisi çıxdı

Ağstafa rayonu, Səməd Vurğun 98, ev 33-də yaşayan Musayevlər ailəsinin aldığı dərman preparatından siçan nəcisi çıxıb. Bu barədə “Report”a ailə başçısı, 68 yaşlı Qasım Musayev bildirib.
Onun sözlərinə görə, Türkiyə telekanallarından birində reklamını gördüyü dərmanı həyat yoldaşı üçün sifariş verib: “Həyat yoldaşım 58 yaşlı Gülcan Əyyubova şəkərli diabet xəstəsidir. Türkiyə telekanalında bitkilər qarışığından ibarət “Sinir otu” dərmanı reklam olunurdu və bu dərmanın şəkərli diabet xəstələri üçün olduğu bildirilirdi. Mən o pereparatı əldə etmək üçün həmin şirkətin Azərbaycandakı şöbəsi ilə əlaqə saxladım və dərmanı almaq üçün 39 manat ödədim. Müəyyən vaxtdan sonra həmin dərman bizim ünvana gəldi. Həyat yoldaşım Gülcan Əyyubova həmin dərmanı qəbul etmək istəyəndə dərmanın içində yad cisim görüb. Sonradan məlum oldu ki, həmin yad cisim siçan nəcisidir”.
Zərərçəkən Q.Musayev deyib ki, baş verən hadisə ilə bağlı həmin dərman şirkətinə müraciət etsə də onun müraciəti şirkət tərəfindən ciddi qəbul olunmayıb: “Həyat yoldaşım dərmanı qəbul edəndən sonra halı pisləşdi, şəkəri normallaşmaq əvəzinə daha da yüksək həddə çatdı və halı ağırlaşdı. Mən dərmanı aldığım şirkətlə yenidən əlaqə saxlayıb vəziyyəti izah etsəm də mənim müraciətimi ciddi qəbul etmədilər”.

LEAVE A REPLY