Türkiyədə 2 nəfərin “donuz qripi”ndən öldüyü təsdiqləndi
alt=”Türkiyədə 2 nəfərin "donuz qripi"ndən öldüyü təsdiqləndi” title=”Türkiyədə 2 nəfərin "donuz qripi"ndən öldüyü təsdiqləndi”
Türkiyədə iki nəfərin AH1N1 (donuz qripi) virusundan öldüyü təsdiqlənib.
APA-nın verdiyi məlumata görə, Türkiyənin Səhiyyə Nazirliyi Adanada 2 nəfərin “donuz qripi”ndən həyatını itirdiklərini açıqlayıb.
Qeyd edək ki, yanvarın 2-də Adanada AH1N1 (donuz qripi) şübhəsi ilə müalicə alan bir Türkiyə vətəndaşının və iki nəfər Suriya vətəndaşının ölməsi ilə bağlı məlumatlar yayılıb.