Bakıda siqaret böhranı

0
4

Bakıda siqaret böhranı

Əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək.

Femida.az xəbər verir ki, bu barədə “European Tobacco Baku” şirkətindən bildiriblər.

Şirkətdən verilən məlumata görə, bəzi mağazalarda siqaretin qiymətinin artırılması onların öz qərarıdır: “Biz qiymət məsələsi ilə deyil, yalnız istehsalla məşğul oluruq. Biz heç bir fakturada dəyişiklik etməmişik”.

Qeyd edək ki, dollar və avronun bahalaşmasından sonra bu gün səhər saatlarından bəzi mağazalarda siqaretin qiymətində artım müşahidə olunur. Bəzi dükanlar isə ümumiyyətlə siqaretin satışını dayandırıb.

LEAVE A REPLY