Bakıda istehsal olunan “Rusiya yağları” qorxunc xəstəliklər yaradır
“Azərbaycanda açıq şəkildə satışda olan “Naturalnoe maslo” adlı yağlar insan orqanizmi üçün təhükə mənbəyidir”.
Bu barədə AzNews.az-a Azad İstehlaçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
Onun sözərinə görə, sözügedən yağlar Bakıda istehsal olunur, lakin Rusiya yağları adı altında satılır: “Şəhərin hansı mağaza və marketlərinin vitrinlərinə baxırsan, bu yağları görürsən. Üstünə də müxtəlif etiket vurulub. Həmin yağlar Bakıda fəaliyyət göstərən sexlərdə istehsal olunur. 40 faizi kərə yağıdır, 60 faizi isə insan orqanizmi üçün qorxulu xəstəliklər yaradan maddələrdən ibarətdir”.
E.Hüseynov kərə yağları seriyasından “Yeni Zellandiya” yağlarından istifadə etməyi məsləhət bilib: “Bitki yağları isə dəyişməlidir. Qarğıdalı yağlarına inam yoxdur, yalnız günəbaxan yağlarına üstünlük verilməyi məsləhətdir. Zeytun yağları isə daha yaxşı variantdır”.