Dövlət Təhlükəsizliyi Xidməti yaradıldı, Mədət Quliyev rəis təyin edildi
Mədət Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Azərbaycan prezidenti İlham Əliyev bu gün bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin”.