MTN-in Ramil Usubova qarşı təxribatı…

0
3

“Millətim”in arxivindən

Ramiz Tağıyev

“Millətim”də 2010-cu ildə işıq üzü görmüş yazıları təkrar səhifəmizə çıxarmağımız səbəbsiz deyil. Biz zamanında çox yazdıq, təəssüf ki, yazdıqlarımız diqqətə alınmadı. Bəli, MTN-in bir qrup cinayətkar əməkdaşı hər kəsi şantaj etməyə çalışır, hətta nüfuzlu dövlət xadimlərinin fəaliyyətinə kölgə salmaqdan çəkinmirdi. Etiraz edirdik… Həbslərə məruz qalsaq da, təqib-təhdid edilsək də, doğru bildiyimiz yolun davamında olduq. “Haqq nazilər, üzülməz” deyiblər. Biz hələ o zaman inanırdıq ki, bir gün gələcək, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.
Düşünürük ki, MTN-nin şantajlar üçün istifadə etdiyi mətbu şəbəkəsi də ifşa olunmalıdır. Sirr deyil ki, məhz həmin şəbəkənin “fəaliyyəti” nəticəsində bir çox nüfuzlu şəxs mənəvi zərbə almış, yüzlərlə vətəndaşımız isə günahları olmadan məhkumluq həyatı yaşamalı olmuşlar.
“Millətim” olaraq biz inanırıq ki, çağdaş tariximizin dəhşət saçan cinayətlərinin araşdırılması üçün, 5 il öncə səhifəsinə çıxardığı yazılar mühüm əhəmiyyət kəsb edəcək. Oxucularımız üçün də maraqlı olacağını düşünürük.

MTN-in Ramil Usubova qarşı təxribatı…

ATM əməkdaşları polis nazirini və prezidentin köməkçisini elitar fahişəxana saxlamaqda ittiham edirlər

Novruz Bayramı öncəsi bəzi qəzetlərin baş redkatorları MTN-ə dəvət edilmiş və mərhum həmkarımız Elmar Hüseynovun qətl hadisəsi ilə əlaqədar şahid qismində dindirmişdilər. Mətbuat işçiləri ora şahid kimi dəvət edilmələrinə baxmayaraq, onlara qarşı təzyiq və hədələrə baş vurulmuşdu. Düzdür, MTN-də olanların bəziləri onlara normal davranıldığını bildirdilər. Amma əlimizdə olan faktlar bunun tam əksini təsdiqləyir. Məsələn, qəzetimizin baş redaktoru Fərəməz Novruzoğlu o dərəcədə psixoloji təzyiqlərə məruz qalıb ki, onu o həddə çatdırıblar ki, özünə qəsd etmək cəhdində bulunub. Bu, böyük bir skandaldır. Bu, biabırçılıqdır…

Birdən Fərəməz bəyin intihar cəhdi baş tutaydı… Birdən o, özünü MTN binasının 5-ci mərtəbəsindən aşağıya atmaq imkanı əldə edəydi…
Görəsən, özünübilməz, cahil, savadsız “çekist”lər bunun nəticəsini düşünə bilərmi? Tutaq ki, baş redaktorumuz onlar üçün heç bir əhəmiyyət kəsb etmir (halbuki Fərəməz bəy dövlətimiz və millətimiz üçün MTN-in 95 faiz kadrosundan daha əhəmiyyətlidir), həyatı onlar üçün heç bir önəm daşımır. Bəs, Azərbaycan? Bu gün az qala bütün dünyanın dövlətimizin üzərinə gəldiyi bir dönəmdə belə hadisənin baş verməsi hansı reaksiyanı doğurar? Fərz edək ki, bu cahil “çekist”lər heç Azərbaycanı da düşünmürlər, necə ki, belə də var.O zaman özlərini düşünsünlər. Axı şahid kimi dindirilmək üçün çağırdıqları bir adamın intiharına səbəb verdiklərinə görə onların çəkib dilini malazasından qopardllar…
Xülasə, keçək mətləbə. Həm Fərəməz bəyin, həm də MTN-ə dəvət edilən şəxslərdən Elxan Şükürlünün (Ədalət Partiyasının sədr müavini) orada şahid kimi ifadə verdikdən sonra önəmli açıqlamaları oldu. Təkrarçılığa yol verməmək üçün onların açıqlamalarında diqqət çəkən bir çox məqamlara toxunmaq istəmirəm. Amma elə nüanslar var ki, onların üstündən sükutla ötüb keçmək mümkün deyil.
MTN-də istintaqçılar həm Fərəməz bəyə, həm də Elxan bəyə qarşı olduqca kobud davranıblar. Təbii ki, cavablarını artıqlaması ilə alıblar. Diqqət çəkən bir məqama biz də cavab vermək, bəzi şeylərə aydınlıq gətirmək ehtiyacı duyduq. Çekistlər həmkarlarımızı ermənilərə işləməkdə günahlandırıblar. Səlahiyyət sahibi o dövlət qurumunun başına kül olsun ki, birini erməniyə işləməkdə günahlandırır, sonra da sərbəst buraxır. Həmkarlarımız doğrudan da ermənilərə işləyirdilərsə, yazıları ilə onların dəyirmanına su tökürlərsə, nə üçün onları elə oradaca həbs edib, lazımi işləmləri yerinə gətirmədilər. Məgər burdan o nəticə çıxmır ki, dolayısıyla MTN də ermənilərə xidmət göstərir?
Nə isə, indi gəlin baxaq görək, Fərəməz bəylə Elxan bəyin ermənilərə “xidmət”i nədən ibarət olub. Cahil çekistlərin düşüncəsinə görə, MTN-in yaramaz kadrlarını ifşa etmək, cinayət xarakterli əməllərini yazılarında açıb göstərmək böyük günahmış. Guya həmkarlarımız bu yazılarla ermənilərə xidmət göstərir. Guya Akif Çovdarov MTN adına ləkə deyil və bu iddiada olmaq ermənilikdir. Guya dövlət işində işləyən istənilən şəxsi tənqid etmək erməniyə xidmətdir. Guya Hilal Əsədovu tənqid edən yazılar ermənilərin sifarişidir, çünki o, həm general, həm də nazir müavinidir. Sən demə, bir generalın səhv cəhətlərini açıb göstərmək ermənilərə xidmət imiş, amma biz bunu bilmirmişik. Sizin boyunuzu yerə soxum. Sizə Ali təhsil haqqında diplom verənin lap belə atasına lənət! Siz nəinki MTN-də işləməyə layib deyilsiniz, heç sizi eşşək otarmağa da göndərmək olmaz! Kim verib sizə bu səlahiyyəti? Kim Azərbaycanın taleyini sizə tapşırıb, ay nadanlar, ay cahillər?..
“Çekist”lər həmkarlarımıza onu da irad tutublar ki, onlar öz yazılarında iqtidar komandasının ayrı-ayrı üzvləri arasında konfilikt olduğunu qələmə almaqla böyük yanlışlıq edirlər, təxribat yaradırlar. Guya bunu iddia etmək ermənilərə xidmət göstərməkdir. Çünki iqtidarda heç kim bir-biri ilə çəkişmir, qurd quzu ilə otlayır. Guya Hilal Əsədov, Eldar Mahmudov və digər yüksək rütbəli MTN yetkililəri başqa qurumlardakı məmurları, tutaq ki, Ramil Usubovu o qədər çox sevirlər ki, səhər yuxudan duran kimi zəng edib onun hal-əhvalını öyrənirlər. Bəlkə doğrudan da belədir, biz bilmirik? Əgər elədirsə, onda Fərəməz bəyin üstünə xoruzlanan ATM-in Tahir adlı əməkdaşı “de görək, hansı oğraş polis generalı sənə sifarişlə yazı yazdırır? Bəlkə prezident aparatından kimsə sənə göstəriş verir?” deyəndə kimləri və nələri nəzərdə tutub? Məgər iqtidarda qurd quzu ilə otlamır? Özləri bunu iddia etməyiblər? Bəs onda “oğraş” olan polis generalı kimdir? Əslində bir Azərbaycan generalını “oğraş” adlandırmaq (onun günahları başından aşsa belə) əsil oğraşlıqdır, erməniyə xidmətdir. Əfsuslar olsun ki, bu cür “oğraşlar” MTN-də, ən çox da ATM-də (MTN-də vətənpərvər qüvvələrin hamısında üzr diləyirəm) istənilən qədərdir. Sübutmu, buyurun tanış olun.
Ötən saymızda Fərəməz bəyin bizə bir sənəd təqdim etdiyini bildirmişdik. Söz vermişdik ki, həmin sənədin mahiyyəti haqqında növbəti saymızda məlumat verəcəyik. İndi sözümüzə əməl edirik.
Bu sənədlər 2006-cı ilin yay aylarında tərtib olunub. Kompyuterdə yığılmış və əl yazısı ilə bəzi əlavələr edilmiş bu sənəd ATM-in rəis müavini İlqar Əliyev tərəfindən o zaman çıxan qəzetlərdən birinə təqdim olunub. Həmin qəzet Aqil Mahmudov adlı adama (onu təqdim etməyə yəqin ki, hər hansı ehtiyac yoxdur) məxsus idi və “Azad Yeni Fikir” adlanırdı. Yeri gəlmişkən, indi sizin diqqətinizə çatdırdığımız sənəd-material İlqar Əliyevin göstərişi ilə “Azad Yeni Fikir”in 2006-cı il sentyabr saylarından birində dərc olunub və istənilən vaxt aidiyyatı orqanlara təqdim edə bilərik.

Nə deyilir sənəddə? Guya Daxili İşlər naziri, general-polkovnik cənab Ramil Usubov və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əıiyevin köməkçisi Tariyel Ağayev şərikli şəkildə eltiar fahişəxana saxlayırlar. ATM qurama bir sənəd düzəldib təsiri altında olan qəzetə göndərir və iki önəmli dövlət məmurunu biabır edir. Kompyuterdə yığılmış materialın altında isə İlqar Əliyev öz dəsti-xəttilə qeyd edir ki, bu material çapa getməlidir, olduğu kimi. Digər sənəd isə eynən birinci kimidir və azdiaspora.org adlı saytdan çıxarışdır. Və eynən birincidəki kimi aşağısında İlqar Əliyevin dəsti-xəttilə yazılmış qeyd var: “Bu sayta istinad eləyin”.
Fərəməz bəy bu materialları bizə təqdim edəndə yadıma 2003-cü il düşdü. Rauf Arifoğlu Türkiyə vətəndaşı İrfan Sapmaz adlı biri ilə əlaqəyə girib, orada avrasiyatürk.com adlı sayt yaratmışdı. Onlar bu sayta Heydər Əliyev və İlham Əliyev haqqında təhqiramiz, böhtan xarakterli məlumatları yerləşdirir, sonra da “Yeni Müsavat” həmin mənbəyə istinad edərək bu biabırçılıqları, böhtan xarakterli materialları öz səhifələrində yayınlayırdı.
İndi başqa bir misal çəkməklə məsələyə aydınlıq gətirmək istərdim. “Yeni Müsavat” qəzetində dərc olunan bəzi yazıları bizim qəzet yenidən gündəmə gətirir. Bu günlərdə həmin yazılardan biri diqqətimi çəkdi. Ümid Partiyasının sədri İqbal Ağazadə o zaman qəzetə belə bir açıqlama verib ki, dövlətin ayrı-ayrı strukturlarında bəzi təxribatların olacağı haqda söhbətlər gedir. Millət vəkili bildirmişdi ki, bu texnologiya Rusiy Federal Əks-Kəşfiyyat idarəsinin iki müavini ilə Ramiz Mehdiyevin görüşündə müzakirə mövzusu olub. O, bu məlumatı “MTN-in sağlam qüvvələri”ndən aldığını da qeyd edib.
Yəqin ki, İqbal Ağazadə “MTN-in sağlam qüvvələri” dedikdə kimləri nəzərdə tutduğunu anlamışsınızdır. Onun ATM-in rəis müavini İlqar Əliyevlə tələbə yoldaşı olduğunu, dostluqlarının bu gün də davam etdiyini bilməyən yoxdur. Hətta Müsavat başqanı İsa Qəmbər “MTN-in bir dənə gədəsinə xidmət göstərən siyasətçi” dedikdə İqbal bəyi nəzərdə tutduğu açıq-aşkardır. Bu haqda dəlil-sübutlarla əvvəlki yazılarımızda bəhs etmişik. İndi niyə bütün bunları xatırladım? Ona görə ki, bunlar hamısı eyni texnologiya ilə tərtib olunan metodlardır. “MTN-in sağlam qüvvələri” İqbala məlumat verir, o da bu məlumatları “Yeni Müsavat”da yayınlayır. Elə həmin qəzet saxta bir sayt açır, oraya böhtan xarakterli məlumatlar yerləşdirirlər, sonra da o sayta istinad edib Heydər Əliyevi, İlham Əliyevi biabır edirlər. Aradan 3 il keçir, azadiaspora.org adlı saytda dövlətin iki önəmli məmurunun fahişəxana saxladığını haqda biabırçı material gedir, sonra “MTN-in sağlam qüvvələri” bu materiala əsasən bir yazı tərtib edir və nəzarətindəki qəzetə göndərir ki, dərc etsin. Cahil çekist İlqar da etməyir tənbəllik, bu materialın altında öz dəsti-xəttilə qeydlər edir. “Bu sayta istinad edin”-deyir. Eynən Rauf Arifoğlu kimi. O da avrasyatürk.com-a istinad edirdi. İndi kim məni inandıra bilər ki, İrfan Sapmazın saytına yerləşdirilən materialları “MTN-in sağlam qüvvələri” verməyibmişlər? Axı, İrfan bəy vaxtilə MTN-in təcridxanasında yatıb…
Materiallar arasında oxşarlıq da var. O zaman İlham Əliyevin haqqında qumarbaz, arvadbaz, pleyboy obrazı yaradırdılar. İndi isə öz qəzetlərində prezidentin köməkçisini və nazirini fahişəxana saxlamaqda suçlayırlar. Bunu MTN edir… O MTN ki, İqbal üçün “sağlam qüvvə”dir, amma biz onları antidövlətçilikdə suçlayırıq. Bəli, MTN antidövlətçi mövqe tutur. Çünki dövlətimizin nazirini, generalını, prezidentin köməkçisini elitar fahişəxana saxlamaqda günahlandırır. Özü də bu məlumatı internet saytında da yerləşdirir. Onu ermənilər də oxuyur. İndi özünüz deyi: kimdir ermənilərə işləyən, biz, yoxsa MTN-də olan cahil və nadanlar sürüsü…

Cavidan
“Millətim”
N16, (057) 29-05 may.2010-cu il

LEAVE A REPLY