Sən kimsən,Sadıq Murtuzayev- İnsanlara, torpağa nifrət bəsləyən, “ağsaqqal”?!..

0
5

Lalə Ramizqızı

Sən kimsən,Sadıq Murtuzayev- İnsanlara, torpağa nifrət bəsləyən, “ağsaqqal”?!..

Sadıq Murtuzayev:“H.Əliyevin və onun “vəzirlər səltənətinin” süqutundan sonra da o mənfur səltənət sütunları uçub dağılmadı…”

Bu adı eşitsəm də, onun barəsində bir o qədər məlumatın yox idi. Ölkənin əsas banklarından sayılan Azərbaycan Beynəlxalq Bankının (ABB) ödənilməyən kreditləri ilə bağlı qalmaqal yarandıqda sabiq partnomenklatura nümayəndələrindən olmuş Sadıq Murtuzayevin adı yenidən gündəmə qayıtdı.
Demə, papaq altında “kişi”lər var imiş. Yaşının ahıl çağında rahat oturmayıb, xısın-xısın sərvət toplamağı peşə edən “kişi”lər.
S.Murtuzayev SSRİ zamanında Azərbaycan rayonlarının bir neçəsində “raykom”luq edə bilib. Hətta, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri vəzifəsinə qədər irəliləyə bilib.
ABB-nın problemli kreditlərinin ümumi məbləği 7,5 milyard təşkil edib. Mediada yayılan belə məlumatın ABB tərəfindən təkzib edilməməsi səbəbindən maraqlı sual doğur; Dövlətin milyardlarla pulunu mənimsəyən əsil təqsirkarlar məsuliyyətə cəlb edilibmi? Düşünürəm ki, hələ yox!
“Millətim” bu istiqamətdə apardığı araşdırmalar nəticəsində bir sıra maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, kredit məsələsindən ən böyük mənfəət götürən “akula”ların heç yerdə adı belə çəkilmir. Mütəşəkkil qrup halında fəaliyyət göstərən və Beynəlxalq Bankın verdiyi kreditlər hesabına milyardları mənimsəyən, böyük zavod və fabrikəri qəpik-quruşla özəlləşdirən şəbəkə öz klan başçıları ilə yenə firəvan həyat sürür. Həmin klana rəhbərlik edən şəxs hüquqi aspektdən məsuliyyətdən boyun qaçıra bilsə də, bizim araşdırmanın obyektindən yayına bilməyib. Söhbət əslən Qax rayonunun məşhur İlisu kəndindən olan S.Murtuzayevdən gedir. Yeni nəslin bu personanı yaxşı tanımadığı üçün onun barəsində qısa məlumat vermək qərarına gəldik.

Sadıq Murtuzayev milyonlarla ölçülən sərvəti…
S.Murtuzayev kommunist dönəminin də, müstəqillik zamanının da nəbzini tutmağı bacaranlardandır. O, çox möhkəm köklərə malik olan İlisu klanının “xaç atası” sayılır. Malı, mülkü, sərvəti aşıb-daşır, desək, yanılmarıq. Zaqatalanın Car kəndində şah sarayına bənzər villasını inşa etdirməyə Sadıq müəllimin “raykom”lar da aldığı bütün maaşların yetərli olmasına kimsəni inandırmaq mümkün deyil. Hələ İlisu kəndindəki imarətindən söhbət açsaq, yəqin ki, “ağsaqqal”ın qəlbinə toxunarıq.
İş orasındadır ki, veteran kommunist daşınmaz əmlakının böyük hissəsini Londona da “daşıya” bilib. S.Murtuzayevin əsas gücü onun müxtəlif dövlət strukturlarına yerləşdirə bildiyi kadrlarda imiş. Bir ucu banklarda, digər ucu MTN-də olan kadr şəbəkəsi “xaç ata”larının əmrlərini qeyri-şərtsiz yerinə yetirmək öhdəliyi götürüblərmiş. Qocanın hansı işlər çevirməsi barədə müəyyən informasiyalar yaymağımız onun bəzi kadrlarının işlərini itirməsinə səbəb olsa da, S.Murtuzayevin rəhbərlik etdiyi klan hələ də güclü görünür. Xüsusi ilə Beynəlxalq Bankın kredit şöbəsinin müdiri, əslən İlisu kəndindən olan Akif Əliyevin vəzifəsindən azad edilməsindən sonra da həmin klanın cinayət məsuliyyətindən kənarda saxlanılması bir daha söylədiyimi təsdiq edir.
S.Murtuzayev haqqında ilkin məlumatlar aldıqdan sonra, onun “yaradıcılığı” ilə maraqlanmağı qərara aldım. İxtisasca dilçi olan sabiq “raykom”un bir-neçə kitabı işıq üzü görübmüş. 1989-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında çap edilmiş “İnsanla, Torpaqla üz-üzə” adlı kitabını ələ keçirib, səhifələdikdən sonra “ağsaqqala” olan münasibətim büsbütün dəyişdi…

Ahıl çağında ikiüzlülük etmək nələrə hesablanıbmış?

Təəssüf ki, həmin kitaba ön sözü böyük şairimiz Bəxtiyar Vahabzadə yazıb. Düşünürəm ki, Bəxtiyar müəllim həmin kitabı oxumadan, S.Murtuzayevin xətrinə dəyməsin deyə, ön söz yazmağa razı olub.
Bildiyimə görə B.Vahabzadə Qorbaçov yenidənqurmasını qəbul etməyib, onun siyasi kursunu bəyənməyib. S.Murtuzayevin “əsəri” isə xallı, Azərbaycan xalqının qatı düşməni olan M.S.Qorbaçovun yenidənqurmasından ruh alaraq ərsəyə gəlib.
B.Vahabzadənin “əsər”ə yazdığı ön sözdə çəkdiyi bir məsəli isə xatırlamaq yerinə düşərdi. Bizim müxbirlərdən biri bir yapondan xəbər alır: siz adamları ilk növbədə hansı cəhətinə görə işə götürürsünüz?
Yapon cavab verir: İlk növbədə adamlığına görə. -Bəs ixtisas?
-O əsas deyil. Adamlığı olsa, ixtisası tez mənimsəyər. Adamlığı olmasa, onun ixtisası kimə lazımdır?
Yerinə düşmüş məsəldir, heyif ki, S.Murtuzayev bundan bir zad anlaya bilməyib. Yoxsa, ömrünün ahıl çağında ikiüzlülük etməz, illərlə çiyin-çiyinə çalışmış şəxsiyyətləri aşağılamağa girişməzdi.
İndi isə keçək Sadıq müəllimin Sovet İttifaqı Kommunist Partiyasının XXVII qurultayından sonra, ruhalanaraq ərsəyə gətirdiyi kitaba…
Məlumdur ki, həmin qurultay 1986-cı ilin fevral ayında keçirilib. S.Murtuzayev yazır: “Partiyamızın XXVII qurultayından sonra keçirdiyimiz dərin insani həyəcanları sözlə ifadə etməyə çətinlik çəkirəm. O vaxtdan bəri həyatın, ictimai münasibətlərin, fikrin, gündəlik işimizin məzmunu xeyli dəyişib. Həqiqətin üzünü örtən, onu milyonlarla insandan gizlədən riyakar, ikiüzlü dünyanın qara buludları parçalanıb. İndi biz hər şeyi öz rəngində, öz biçimində görməyə başlayırıq. Necə böyük səadət!.. Bir də axı, ayrı cür ola bilməzdi. XIX konfrans 1985-ci ilin aprel plenumundan sonra başlanan yeni abi-havanın davamı idi. Mən bu qeydlərimi elə o zamandan başlamışam… Vətəndaşlıq borcu dedim və uzun illər bu güclü mənəvi keyfiyyətin də ürəklərdə necə həbs edildiyini, gizli iztiraba çevrildiyini xatırlayıram. Nə gizlədim, taleyin hökmü ilə mənim də ürəyim uzun illər ən ülvi istək və arzular həbsxanasına çevrilib. Ürəyim-ən şirin xəyal və fikirlərimin, niskil və dərdlərimin gah gizli, gah aşkar yuvası olub. Sözümü, arzumu, istəyimi çox zaman heç kəsə deyə bilməmişəm. Qarşıma çıxan maneələr-yolun ortasında düşüb qalan daş kimi ürəyimi ağrıdıb, nə daşı istəyib kənara ata bilmişəm, nə də yanından keçib yoluma davam etməyə cəsarətim, taqətim olub… Qeydlərimə başlayanda və məni bu qənaətə gətirən əlbəttə öz daxili vətəndaşlıq arzularımdan başqa, həm də aprel plenumunun, XXVII qurultayının təzə nəfəsi idi. İndi-partiyamızın XIX konfransından sonra isə daha arxayınçılıqla deyə bilərəm ki, bu məqsəd, bu istək həmişə ən müqəddəs fəaliyyət proqramım, fikir və düşüncələrimin cövhəri olaraq qalacaqdır…”
Bunlar S.Murtuzayevin “əsər”indən sitatlardır. Göründüyü kimi adam M.S.Qorbaçovdan İlham alıb. Əlbəttə, xallı Qorbaçov onun kitabını nə görəcək, nədə oxuyacaqdı. “İnsanla, Torpaql üz-üzə” yalnız Azərbaycanın Qorbaçovdan heç də fərqlənməyən o zamankı rəhbəri boşboğaz Əbdürrəhman Vəzirovun xətrinin xoş olması üçün yazılıbmış. Vəssalam! Kitabın nəşr olunduğu tarixin 1989-cu il olduğunu nəzərə alsaq, özünü millətsevər, həqiqət carçısı kimi təqdim etməyə çalışan başabəla müəllif bircə kəlmə olsun Dağlıq Qarabağ problemindən söhbət açmağı lazım bilməyib. Çünki, Ə.Vəzirov narahatlıq keçirərdi. Həmin Vəzirov ki, “ermənilər qayıdır, ürəyim böyüyür” deyirdi.
“Əsər” təzadlarla hədsiz zəngindir. Qorbaçovun “aşkarlığı”na, “yenidənqurması”na qədər ürəyini qorxudan fikirlər həbsxanasına çevirdiyini etiraf edən S.Murtuzayev birdən-birə özünü qəhrəman kimi təqdim edib, Heydər Əliyevin Azərbaycana kommunist dönəmində rəhbərlik etdiyi zaman açıq polemikaya girmək cəsarətində olduğunu yazır: “Nəhayət iş o yerə çatmışdı ki, bu aramsız təqiblərə birdəfəlik son qoymaq üçün özüm həmin tələləri əlimə alıb düz Mərkəzi Komitəyə-Heydər Əliyevin yanına getdim, mənə qarşı qurulan tələləri ona göstərmək üçün özümdə qəribə bir cəsarət hiss etdim. Bu cəsarətin də səbəbini, indicə dediyim kimi, öz məslək və əqidəmə dərin inamımda görürəm.
Birinci katibə müraciətlə deyilən ilk sözüm indi də yadımdadır; mən sizinlə açıq danışmaq istəyirəm. O, təəccüblə, mən deyərdim ki, heyrətlə üzümə baxdı. Necə yəni açıq danışmaq? Bu nə ifadədir, bu nə cəsarətdir? Axı, o zaman açıq danışmağın sinonimi olan “aşkarlıq” anlayışı hələ mövcud deyildi.”
Yazdıqlarından aydın olur ki, S.Murtuzayev “Baş Vəzir”, “Qara Vəzir” adlandırdığı, həmin illərdə görkəmli partiya işçisi olmuş İsmayıl Əskərovdan şikayətçi imiş: “Hamının “Baş Vəzir”, “Qara Vəzir” adlandırdığı o adam Mərkəzi Komitədə kadr siyasəti sükanının arxasında əyləşən İsmayıl Əskərov idi. Partiya həyatının yüksək humanist ideallarından tamamilə xəbərsiz olan bu adamın elə müqəddəs bir vəzifəyə necə, hansı yollarla gəlib çıxdığını dərk etmək üçün tarixin bütün vəzir-padşah münasibətlərini dönə-dönə vərəqləməyin heç bir mənası olmayacaq, bu sirrin cavabı tapılmaycaq. …lakin çox təəssüf ki, bu həqiqəti xalqa çox gec çatdıra bilirik. O zaman mən H.Əliyevin otağından çıxarkən tamam başqa şeylər düşünürdüm. Düşünürdüm ki, biz bir-birimizi başa düşərək ayrılırıq. Daha doğrusu, mənə elə gəlirdi ki, biz bir-birimizi başa düşmüşük. H.Əliyevin özünün dediyi kimi, “həqiqəti sevdiyini” nümayiş etdirməyə çalışırdı. Mənimlə şəmimi və mehriban xüdafizləşərək, belə bir söhbətə necə böyük ehtiyac hiss etdiyini boynuna aldı. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, o özünün “həqiqət sevgisinə” sədaqətli olduğunu işi ilə, hərəkətləri ilə sübut edə bilmədi. Mənim yolum üstə qurulan tələlər get-gedə azalsa da, “Baş vəzir” taxtından salınsa da, ətrafda göbələk kimi bitən “Qara Vəzir”in, “Sarı Vəzir”in, “Qoca Vəzir”in, bütün “vəzir”lərin nəfəsləri ilə zəhərlənmiş o mühitin ağır havası təmizlənmədi. H.Əliyevin və onun “vəzirlər səltənətinin” süqutundan sonra da o mənfur səltənət sütunları uçub dağılmadı…”
Sirr deyil müəllif bütün bu uydurmaları maymaq Vəzirova xoş gəlmək üçün qələmə alıb. Fürsəti əldən bir an belə olsun vermək istəməyib. Heydər Əliyevin Moskvadakı vəzifəsindən istefa verməsini həm ermənilər, həm də Sadıq murtuzayevkimilər səbrlə gözləyib, sevinclə qarşılayıblarmış. Guya bu şəxsin özü rüşvətə bulaşmayıb, korrupsiyadan kənar gəzib, bir sözlə “aydan arı sudan duru” olubmuş.

Ardı var…

LEAVE A REPLY