2017-ci il büdcə xərclərinin bədbin proqnozu: – TƏHLİL

0
3

2017-ci il büdcə xərclərinin bədbin proqnozu: – TƏHLİL

“2017-ci ildə büdcə xərclərinin azalaması ssenarisi davam edəcək. 2016-cı illə müqayisədə o, 10% və ya 1,6 mlrd manat azalacaq”

Bu barədə hökumətin qarşıdakı illər üzrə büdcə paketində bildirilir.

Neftin qiymətinin 50 dollar qalacağı halda bu ssenari keçərli olacaq. 2017-ci il üçün büdcə gəlirləri 13.2 milyard manat, xərclər isə 14.6 milyard manat nəzərdə tutulur. Bu göstərici hətta 2011-ci ilin səviyyəsindən az qala 20% azdır. 2016-2019-cu illər üçün hökumət təhsil və səhiyyə xərclərini sabit saxlamağı, mədəniyyət, incəsənət və idman sferası üçün xərcləri 30%-dək ixtisar etməyi planlaşdırır.

Oktyabrın 13-də 2016-cı ilin büdcəsi müzakirə ediləndə hökumət üzvləri bəyan edib ki, yaxın illərdə büdcə işçilərinə maaş artımı davam edəcək.

Amma qarşıdakı illər üçün dövlət büdcəsinin proqnoz göstəricilərini analiz edən ekspertlər bu bəyanatı şübhə altına alır. Bu sahələrdə bütün büdcə işçilərinin azı 70%-i çalışır. Xərclər belə sürətlə qayçılanacağı tədqirdə, büdcə sektorunda maaşların artımı praktik olaraq mümkün deyil.

LEAVE A REPLY