Avropa İttifaqı Yerevanla danışıqlara başlayır: Yeni saziş hazırlanır

0
3

Avropa İttifaqı Yerevanla danışıqlara başlayır: Yeni saziş hazırlanır

Gələn həftə Lüksemburqda keçiriləcək Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə Ermənistanla Aİ arasında xüsusi sazişin bağlanması məsələsi müzakirə olunacaq. XİN rəhbərləri iclasda danışıqların başlanması üçün mandatı təsdiq edəcəklər.

Strateq.az bildirir ki, bu barədə Yerevanda olan Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir məlumat verib.

Onun sözlərinə görə, Yerevana Ermənistanla Avropa İttifaqının əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün gəlib. “Fransa Avrasiya İttifaqının üzvü olmasına baxmayaraq Ermənistanın Avropa Birliyi ilə xüsusi sazişin imzalanması üçün danışıqları dəstəkləyir. Biz Yerevanın bu seçiminə hörmət edirik”.

Xatırladaq ki, Ermənistan 2013-cü ildə Vilnüsdə keçirilmiş Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin Sazişini imzalamaqdan imtina edib. Həmin il Yerevan Avrasiya İttifaqına daxil olmaq üçün müraciət edib.

LEAVE A REPLY