Hafiz Hacıyev kimə və nəyin qarşılığında 4 dəst kostyum alıb?

0
3

Hafiz Hacıyev kimə və nəyin qarşılığında 4 dəst kostyum alıb?

Sərdar Əlibəyli:“Bunun cavabını Əli Kərimli və Mirmahmud Mirəlioğlundan öyrənin”

“P.S Nota” qəzetinin və saytının redaktoru Sərdar Əlibəyli sosial şəbəkədə maraqlı bir status paylaşıb. Belə ki, baş redaktor Namiq Salam adlı birisinin onu rüşvət alaraq Razi Nurullayev haqqında yazı yazmayacağına söz verməkdə ittiham etdiyini bildirib. S.Əlibəylinin statusunu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
“Bir həftə əvvəlin söhbətidi. Ağaşirin mənə dedi ki, bu uşaq (Namiq Salam adlı uşaq -S.Ə.) mənim yanıma gəlib-gedir, şübhəliyəm, yoxlamaq istəyirəm onu. Dedim ki, problem yoxdu. Sonra, elə ordaca sezdirmədən, Cavidə dedim ki, balam, bu kostyumları belə geyinirsiniz, bir demirsiniz ki, dostlarımız da bu kostyumlardan geyinməlidi? Cavid də əvvəlcədən danışdığımız kimi, dərhal dedi ki, sənə kostyum qurbandı, gələn həftənin bazar günü gedək alaq. Artıq bu söhbət gedəndə Namiq Salam çayxanada mənim yanımda, Ağaşirin də qarşımda oturmuşdu. Ağaşirinə göz vurub dedim ki, baxın, uşaqlar, Cavid Razinin qanını satın aldı. Sonra da ordan-burdan danışıb ayrıldıq…
Bu gün isə mənə dedilər ki, həmin o uşaq status yazıb ki, bir baş redaktora Cavid Musazadə bir dəst kostyum, 300 manat da pul verib ki, Razidən yazmasın. Özü də lütf göstərərək, baş redaktorun adını yazmaq istəmədiyini bildirib…
Həə, bax belə, anlayacağınız, o baş redaktor mənəm. Adımı da bilirsiniz. Amma mən bu olanlardan sonra, özüm üçün, AXCP-nin necə satqın yuvasına çevrildiyinin mahiyyətinə vaqif oldum. Cavan uşaqları çayxanalara göndərib, ordakı adamların söhbətlərinə qulaq asdırmaqla kompromat toplamaq KQB-nin sınanmış köhnə üsullarındandı…
Cavan uşaqları təşkilata cəlb edərək, onları müxtəlif istiqamətlərdə agent kimi istifadə eləmək, əslində onları satqınlığa öyrətməkdən savayı heç bir anlama gələ bilməz. O ki qaldı, kostyum məsələsinə, bu sahədə köhnə təcrübə sahibi olan və Hafiz Hacıyevin aldığı 4 dəst kosyumu, dədə malı kimi geyinib fors edən adam, başqalarını belə xırda məsələlərdə qınamaq və ya qınatmaq haqqına sahib olmamalıdı məncə. Həm də, birilərinə dostları 60-80 minlik maşın ala bilərsə, bir başqasının dostu tərəfindən alınan kostyum niyə sözə-söhbətə çevrilməlidi ki ?! Utanc hissini saxlamaq, abır- həyasını gözləmək, gözəl şeydi. Cənablar, bir az abırlı, bir azca da həyalı olun və camaatın uşaqlarını agent və ya işverən kimi böyütməkdən çəkinin.Oldumu, danışdıqmı, cənab Əli Kərimli?”
Sərdar bəyin statusunda diqqətimizi çəkən bir məsələ də, Hafiz Hacıyevin kimlərəsə müəyyən xidmətləri qarşılığında dörd dəst
kostyum alması oldu. Bu məsələni dəqiqləşdirmək üçün S.Əlibəyliyə müraciət etdik. Baş redaktor qısa olaraq onu bildirdi ki, “bunun cavabını Əli Kərimli və Mirmahmud Mirəlioğlundan öyrənin.”

Murad

LEAVE A REPLY