Əli Həsənovdan seçkini izləmək istəyən xarici jurnalistlərlə bağlı açıqlama

0
3

Əli Həsənovdan seçkini izləmək istəyən xarici jurnalistlərlə bağlı açıqlama

“Hər bir jurnalist vəsiqəsini göstərməklə bütün seçki prosesini izləyə, məlumat yaya bilər. Amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV- lərə aid deyil”.

Bu sözləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O bildirib ki, bütün dünya ölkələrində xarici KİV-lərin bu və ya digər ölkədə fəaliyyət göstərməsi normaları var: “Bu normalar Azərbaycanın müvafiq qanunlarında göstərilib. Bu haqda mətbuata məlumat vermişik. Həmin qanuna müvafiq olaraq xarici KİV-ləri təmsil edən jurnalistlər yalnız Xarici İşlər Nazirliyinin müəyyən etdiyi normalar çərçivəsində akkreditasiyadan keçməklə MSK-ya öz qeydiyyat vəsiqələrini verib seçki prosesini izləmək hüququ əldə edəcək. Azərbaycan dövlətinin idarəçiliyi hüquqi normalarla həyata keçirilir. Azərbaycan siyasi plüralizmi olan bir cəmiyyətdir. Burada bütün xarici KİV-lərin fəaliyyəti üçün şərait yaradılıb. Onlar Azərbaycana daxil olub seçkini müşahidə etmək istəyirsə, bunu qanun çərçivəsində etməlidirlər”.

LEAVE A REPLY