“Bu Azərbaycan diplomatiyasının iflası idi”

0
3

“Bu Azərbaycan diplomatiyasının iflası idi”

Əli Orucov: “Azərbaycan Qərb üçün artıq regionda vacib həlqə deyil və əhəmiyyətini itirməkdədir”

“Azərbaycanla Qərb arasında yaranan hər hansı bir gərginlik və münasibətlərin korlanması hər iki tərəf üçün ziyanlıdır. Qərbin yanaşmasından asılı olmayaraq Azərbaycan Avropanın ayrılmaz tərkib hissəsidir və bütün problem və çətinliklərə baxmayaraq Avropa ailəsinin bərabərhüquqlu üzvü olamaq istəyindən vaz keçməməlidir. Istər Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi sonucu qətnamə, buna adekvat olaraq Milli Məclisin qəbul etdiyi qərar münasibətlərin kəskinləşməsinə çalışanlara göydəndüşmə fürsət olardı. Hesab edirəm ki, Azərbaycan tərəfi soyuqqanlılığını və ayıqlılığını itirməməlidir”. Bu sözləri AMİP Siyasi Şurasının üzvü Əli Orucov son günlər Azərbaycanla Avropa İttifaqı arasında yaşanan gərginliyi dəyərləndirərkən deyib. Partiya yetkilisi daha sonra vurğulayıb: “Azərbaycan hakimiyyətinin beynəlxalq İstitutların tənqidlərinə sərt təpgisi həm də onu göstərdi ki, doğrudan da Azərbaycanda tənqidə, fikir plüralizminə, hətta ən xırda iradlara dözümsüzlük nümayiş etdirlir. Avropa Parlamentinin məlum qətnaməsinə göstərilənlərin və ümumilikdə bu beynəlxalq qurumun sərgilədiyi mövqeyi tam obyektiv olduğunu iddia etməsəm də, Azərbaycanda da kifayət qədər həlli vacib problemlərin varlığını da yalanlamaq doğru deyil. Zamanında köklü islahatlar aparılsaydı, hakimiyyət qolları arasında bölgü həyata keçirilsəydi, cəmiyyəti inkişafdan ləngidən maneələr aradan qaldırılsaydı, demokratik təsisitların, medianın və vətəndaş cəmiyyəti instutlarına imkan tanınsaydı, hakimiyyət idarəçililiyinin funksionnalığı artırılsaydı, nə ölkədə vəziyyət böhranlı həddə gəlməzdi, nə də sivil dünyanın qınaq obyektinə tuş gəlməzdik”. Azərbaycan-Qərb arasında gərginlik həmdə ona dəlalət etdi ki, Azərbaycan iqtidarının daxili və xarici siyasətində çox ciddi qüsur və boşluqlar var. Ölkənin xaricdəki diplomatik korpusları, xüsusən də Avropa ölkələrindəki səfirlikləri işlərinin öhdəsindən gələ bulmir, həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə fərdi qaydada təmas yarada bilmirlər. Bu Azərbaycan diplomatiyasının iflası idi”.
“Nədən Qərb Azərbaycana davamlı basqılarını indi artırır” sualına Orucovun cavabi belə oldu: “Reginal maraqlar, eləcə də enerji təhlükəsizliyi, transmilli iri layihələrin və kommunikasiya və nəqliyyat xətlərinin Azərbaycandan keçməsi, İranla münasibətlər gərginliyi Azərbaycanı Qərb üçün vacib ölkəyə çevirmişdi. Qərb eyni zamanda rəsmi Bakının Qərblə Rusiya arasında manevir etmə imkanlarını tanıyırdı. Azərbaycan iqtidarı da bu fürsətdən Qərblə inteqrasıyanı gücləndirmək əvəzinə, sui-istifadəyə yol verdi, öz maraqlarının təmininə yönəltdi. Siyasi Sistemin və cəmiyyətin vacib elementlərini sıradan çıxartdı. Hesab etdi ki, Qərb onun bu şıltaqlığına dözəcək və Rusiyaya meyillənmək, üzünü Rusiyaya tutmaq və regionda münaqişənin yenidən qızışdırılması şantajlarından çəkinəcək. Lakin anlamadılar ki, Qərb üçün enerji təhlükəsiliyi və regional, strateji maraqlarından da üstün müəyyənləşdirdiyi toxunulmaz dəyərləri eninə-uzununa bu metodları əsas gətirib tapdamaq olmaz. Digər tərəfdən İran artıq Qərb üçün rəqib deyil, tərəfdaş ölkəyə çevrilir. Rusiya keçmiş ittifaq respublikalarından, o cümlədən Azərbaycandan qoruyucu vasitə kimi istifadə edir və öz huduları ilə bufer zona yaratmağa çalışır. Azərbaycan Qərb üçün artıq regionda vacib həlqə deyil və əhəmiyyətini itirməkdədir. Lakin rəsmi Bakının getdikcə Moskva ilə sıx yaxınlaşmasına, Kremlin dili ilə danışmasına da sakit və seyrçi qala bilməz. Yəni ABŞ və Qərb Rusiyanın təsir dairələrini bir-bir zərərsizləşdirərkən, bu yöndə çabalarını artırarkən, Cənubi Qafqaz kimi strateji bölgənin, xüsusən də Azərbaycanın əldən buraxılması sadəlövhlükdür. Ona görə də son dövrlər Azərbaycan hakimiyyətinə qarşı təzyiqlər artan xəttlə davam edir və bu təzyiqlərin ritorikası da, tərzi də getdikcə sərtləşir.Mən iddia etmirəm ki, ABŞ və Qərb özünün dəyərlərinə hər yerdə və hər zaman sadiq olduqlarından Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətinə, insan hüquq və azdlıqlarının pozulmasına görə sərt tənqid edir. Heç kim deyə bilməz ki, Səduyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə və eləcə də digər ABŞ-ın bu kimi totalitar rejimlər höküm sürdüyü ittifaq ölkələrində insan azadlıqları və fundamental dəyərlər bizimkindən çoxdur. Əksinə. Lakin həmin ölkələr sosial dövlətlərdir. Siyasi sosiallaşma, vətəndaşların siyaətdən və siyasi elemetlərdən uzaq salınmalarını onların yüksək sosial rifah ahılları, dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunmaları kompensasiya edir. Eyni zamanda stabil ABŞ və Qərbpərəst xarici xətt yürüdülür. Lakin Azərbaycanda nə insanların rifahı yüksəkdir, nə sosoial dövlət saymaq olar, nə də boşluqları doldura bilcək siyasi komponetlər yoxdur. İnsanlar həm ac-yalavac, ehtiyac içərsində boğulur, sosial gərginlik hər saat artır, həm də fundamental huquq və azadlıqlara yer verilir”. Əli Orucovun fikrincə, Azərbaycan Rusiyaya güvənərək Qərblə münasibətləri korlamalıdır: “Rusiya hara qol qoyur orda mütləq gərginlik və münaişə ocaqları yaranır. İkincisi də, Rusiya heç vaxt başqa ərazilərə, başqa dövlətlərə, maliyyə yatırımı və pulla daxil olmur, ancaq hərblə, silahla, zoraklıqlarla girir. Siz dünyanın siyasi coğrafiyasına diqqət yetirsəniz bir daha aydın olar ki, Moskvaya güvənən rejimlərin sonu, onların aqibətləri faciəvi olur, dövlətləri də xaosa, daxili müharibə və münaqişələrə cəlb edilir. Azərbaycan hakimiyyəti qarşıdurma yolu seçməkdənsə, diamik inkişaf edən və sürətlə dəiyişən dünyanın tələbatına və tempinə uyğun siyasət yürütsə, emosiyalara yer olmayan mövqe sərgiləsə həm gələcəyimiz, həm inkişafımız, həm də təhlükəsizliyimiz baxımından çox faydalı olardı. Biz böyük dövlətlərin, dünyanın güc mərkəzlərinin, beynəlxalq siyasi aktorların poliqonuna, yaxud da hansısa elementinə cinahına çevrilə bilmərik. Bu hakimiyyəti də, xalqı da, dövlətimizi də fəlakətə aparar. Hesab edirəm, kimlərsə, hansı qüvvələrsə, yaxud da gözə görünməz bəzi dairələr Azərbaycanda vəziyyətin dramatikləşdirilməsinə, Qərblə əlaqələrin qırılmasına, ölkəni və onun rəhbərliyini beynəlxalq tədric vəziyyətinə salmaq üçün hər cür pisliyi, yamanlığı və hiyləni əsirgəmirlər. Dünyaya açılan qapı və pəncərələri nə qədər tıxasan o qədər də havasızlıq, qaranlıq və yaşam üçün mümkün olmayan mühit yaratmış oluruq. Belə mühit Azərbaycana lazım deyil və bu isə çox təhlükəlidir”.
Sanksiyalara gəlincə isə bunu təcrübədən çıxmış taktiki addım sayan AMİP yetkilisinə görə, bu həm Azərbaycana həm də Qərbə fayda gətirməz. Və hər iki tərəf ziyan çəkər: “Təcrübə göstərir ki, sanksiyalar, qadağalar problemləri daha da dərinləşdirir və onun çözümünü çətinləşdirir. Bəlkə düşmənlərimiz, bizi istəməyənlər belə addımın Azərbaycana qarşı tətbiqini səbrsizliklə gözləyirlər. Məncə, Qərb Azərbaycanla, ölkə rəhbərliyi ilə, eləcə də funksionalaşmış institutlarla, o cümələdən siyasi təşkilatlarla, Azərbaycan isə qarşılıqlı olaraq Avropa qurumları ilə sıx və əməkdaşlıq şəraitində işləməlidir. Effektiv və təsirli yollar aranıb tapılmalıdır. Hətta, təşviqedici və həvəsləndirici metodlardan da yeri gələndə yaralanmalıdır. Əks təqdirdə, sanksiyalar tətbiq etməklə, blokadaya almaqla ölkədəki qapalılıq daha da sıxlaşır, beynəlxaql aləmlə əlaqələr kəsilir, informasiya-kommunikasiya məhdudlaşdırılır, dünya ictimaiyyətinə çıxış çətinləşir. Bunlar da nəticə etibarı ilə insan hüquq və azadlıqları uğrunda mübarizə aparan, demokratik dəyərlərin bərqərar olunmasına çalışan, sağlam mübarizə aparan qüvvələri də tamam sıradan çıxarmış olur, cəmiyyətin inamını sarsıdır, siyasi sistemin sütunlarını sarsıdır, gələcəyə inamı sarsıdır. Beləliklə də sivil dünyanın arzulamadığı Şimalı Koreya kimi bir totalitar rejimin formalaşdırılmasına, yaxud da Suriyadakı nəzarətsiz hakimiyyətin yaradılmasına yaşıl işiq yandırılmış olur”.

Turan Türk

LEAVE A REPLY